Ekspeditor (Lənkəran rayonu)
Müəssisə:
AZ KAĞIZ VƏ KARTON MMC
Ümumi tələblər:
- İqtisadiyyat sahəsindı ali təhsilli olmalı
- 1 il iş təcrübəsi olmalı
- Rus və türk dillrini bilməli
- MS Office proqramindan istifadə edə bilməli
- B kateqoriyalı avtomobil idarə etməyi bacarmalı
- Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlist danışma bacarığı olmalıdır
İş haqqında:
- Günlük təyin olunan proqram üzrə satış nöqtələrini ziyarət etmək və sifarişi almaq (satış edilməsi).
- Yeni müştərilərin olması istiqamətində işlər görmək.
- Şirkətin kefiyyət sistemini bütün satış nöqtələrində təbliğ etmək.
- Bazara giriş nisbəti aşağı olan məhsulların satışının artırılması istiqamətində işlər görmək.
- Kreditli çalışmaqda olan müştərilərin özlərinə təmin olan kredit miqdarını məhsuldar bir şəkildə istifadə edib etmədiklərini kontrol etmək.
- Məhsulların keyfiyyəti mövzusunda müştəriləri və istehlakçıları bilgiləndirmək.
- Müştərilər ilə rəsmi müqavilə bağlanması və qaimə, hesab-faktura kimi rəsmi sənədləri müştəri ilə razılaşdırılmasını təmin etmək.
- Yoxlama şöbəsi tərəfindən aşkarlanmış çatışmamazlıqların mənbəyini müəyyən edərək onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və nəzarətçiyə hesabat vermək.
- Yeni çıxan məhsullar haqqında müştəriləri məlumatlandırmaq.
- Satış nöqtələrində ziyanlı, istifadə tarixini keçmiş məhsulların geri qaytarılmasını gerçəkləşdirmək və ya yeniləri ilə əvəz etmək.
- Gündəlik reallaşan satışlar və ödəniş məbləğlərinin kassa hesabı ilə qarşılaşdırımaq.
- Malların satış nöqtələrinə çatdırılmasına nəzarət etmək.
- Həyata keçirilən kompaniyalar haqqında müştəriləri məlumatlandırmaq.
- Günlük satış uğuru, ziyarət uğuru, satış ziyarətinin reallaşması haqqında raport hazırlamaq.
- Müştəridən iadə olunan malları anbara təhvil vermək.
- Qiyməti dəyişən mallar haqqında müştəriləri məlumatlandırmaq.
- Müştərilərin istək və şikayətlərini rəhbərə bildirmək.
- Rəqib şirkətlərin fəaliyyəti haqqında raportlar və təkliflər hazırlamaq və müvafiq şəxslərə göndərmək.
- Marketlərdə şirkət məhsullarının qiymətlərinin müəyyən həddən artıq olmamasına nəzarət etmək.
- Aylıq müştəri müqavilə icrasını kontrol etmək.
- Müştərilərdən gündəlik gələn ödənişlərin təsdiqini alıb müvafiq hesablardan düşməsi ücün Mühasibatlıq şöbəsinə məlumat verilməsi.
- Endirimli məhsulların rəf qiymətinin və əlavə sərgiləmələrin kontrolu.
- Rəf kassa qiyməti uyğunluğunun kontrolu.
- Müştəri etirazlarının həlli və problemlərin həlli ücün ən azı 2 təklifin verilməsi.
- Hərəkəti zəif olan məhsulları müəyyən edib, iadə olmaması ücün görülməli olan tədbirlər təklifinin vərilməsi
İş şərtləri
● Həftə içi 5 gün
İş yeri
● Bölgə (Lənkəran rayonu)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin “Ekspeditor (Lənkəran rayonu)” qeyd olunmalıdır) göndərə bilərlər və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər