Avtomatika üzrə mütəxəssis
Vakansiya: Avtomatika üzrə mütəxəssis
Tələblər:
• Ali təhsilli olmalı ;
• Avtomatika sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
• PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirinin əsaslarını bilməli;
• SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) haqqinda bilikləri olmalı və lazim olduqda müəyyən dəyişikliklər etməyi bacarmalı;
• PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
• Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı;
• AC invertorların (driver) proqramlaşdırılmasını bilməli;
• Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini, lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmalıdır
İş haqqında məlumat:
• Lokal nəzarət prosesləri üçün proqramların yazılması;
• Avtomatik nəzarət sistemlərində istifadə olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) qurulması;
• Maşın və avadanlıq idarəetmə proqramlarına nəzarətin həyata keçirilməsi;
• Həssas ölçü cihazlarının nizamlanması;
• Yeni cihazların sınaqlarının həyata keçirilməsi;
• Mərkəzi və lokal on-line UPS sistemlərinə nəzarət edilməsi.
• Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini və lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmali:
• Avtomatik idarə etmə sistemində və sahə cihazlarinda nasazlıq müəyyən edildikdə təmirini həyata keçirmək, işini təmin etmək.
• Pnevmatik sistemlərin idarə etmə dövrələrində və ölçü cihazlarında yaranmış problemləri aradan qaldırmaq.
İş Qrafiki:
• Növbəli iş qrafiki,
• Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
İş Yeri: Kürdəmir şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçt ünvanına email-in mövzu hissəsində “Avtomatika üzrə mütəxəssis” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.