Maşinist (teplovoz)

Müəssisə:  Baki Gida və Yağ Fabriki

Tələblər:

  • Qatar idarə etməyi bilməli, Qatar idarəetmə sürücülük vəsiqəsi olmalı
  • Dəmiryolu qaydalarını bilməli,
  • Ratsiya istifadə etməyi bilməli,
  • Qatar təmir-baxımını edə bilməli,
  • Dəmiryolu hərəkətinin təhlükəsizliyini təmin etməyi bilməli,
  • İş təhlükəsizliyi-İşçi sağlamlığı, sanitariya və Ekologiyanın Mühafizəsi tədbirlərini bilməli

 

İş haqqında məlumat:

  • Yağ zavoduna aid yağ vaqonlarını zavoda gətirmək və geri götürmək,
  • Müəssisənin istədiyi vaqonları stansiyadan seçərək zavoda gətirmək,
  • Stansiya ilə əlaqə yaradaraq vaqonların hərəkətini təhlükəsiz şəkildə yerinə yetirmək,
  • Boşalan vaqonları zavoda seçərək stansiyanın razılığı ilə stansiyaya aparmaq,
  • Vaqonların düzgün manevr olunmasını təmin etmək,
  • Vaqonların dayanacaq yerinə təhlükəsiz şəkildə qoyulmasını təmin etmək,
  • Hərəkət öncəsi Qatara texniki baxış keçirmək,
  • İş olmayan zamanlarda periodik olaraq qatarı idarəetmək, təmir-baxım işlərini etmək və lazım olarsa etdirmək.

İş şəraiti

Növbəli iş rejimi

Yemək təminatı

İşə gediş-gəliş üçün servis təminatı

 

İş yeri: "Bakı Qida və Yağ Fabriki" MMC

Ünvan: Sumqayıt şəhəri,Hacı Zeynalabdin Tağıyev qəsəbəsi,Azərsun Sənaye Parkı”

"Bakı Qida və Yağ Fabriki" MMC-nin geniş istehsal dairəsi vardır. Dünya bazarlarının çoxunu fəth etmiş "Teksun", "Final", "Super Sun", "Paşa", "Aysun" yağlarının 1996-cı ildən Bakıda istehsalı başlanılıb. "Bakı Qida və Yağ Fabriki" MMC-də yenidənqurma işlərinin aparılması və avadanlığın tam müasir tələblərə uyğunlaşdırılması buna zəmin yaratmışdır.

Burada “əl dəyməyən” texnologiya ilə yüksək keyfiyyətli yeyinti yağları istehsal edilir. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemləri qurulmuşdur. Bu yeni sistem ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.

Zavod ən yüksək standartlara uyğun duru və bitki yağları müxtəlif dövlətlərin mükafat və diplomlarına layiq görülüb, bir çox sərgi və müsabiqələrin qalibi olmuşdur.