Talep No:  28718

Brend üzrə mütəxəssis

Müəssisə:  SUN-TEA ÇAY FABRIKI MMC

Tələblər:

  • Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil

  • Brend menecmenti və ya marketinq sahəsində iş təcrübəsi (FMCG sahəsində təcrübə üstünlükdür)

  • Bazar analizi və marketinq strategiyalarının hazırlanması üzrə biliklər

  • Güclü analitik düşüncə və planlama bacarığı

  • Komanda ilə effektiv əməkdaşlıq və layihə idarəetmə bacarıqları

  • Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür

  • MS Office proqramları ilə işləmə bacarığı

 

Vəzifə öhdəlikləri:

  • Çay brendi üzrə qısamüddətli və uzunmüddətli brend strategiyalarının hazırlanmasında iştirak etmək

  • Brend mövqeləndirməsini (positioning) müəyyən etmək və inkişaf etdirmək

  • Brendin bazar payının artırılması üçün planların hazırlanmasında iştirak etmək

  • Çay sektorunda bazar tendensiyalarını, rəqib məhsulları və istehlakçı davranışlarını təhlil etmək

  • Satış nöqtələrində (marketlər, mağazalar, distribusiya nöqtələri) mütəmadi monitorinqlər aparmaq

  • Mövcud çay məhsullarının inkişafı və təkmilləşdirilməsi prosesində iştirak etmək

  • Yeni çay növlərinin (qara, yaşıl, bitki çayları və s.) yaradılması prosesinə töhfə vermək

  • Qablaşdırma dizaynı və yenilənməsi ilə bağlı texniki tapşırıqlar hazırlamaq

  • Reklam, PR və rəqəmsal marketinq kampaniyalarının hazırlanması və icrasına nəzarət etmək

  • Sosial media üçün kontent strategiyasının hazırlanmasında iştirak etmək

  • Mövsümi kampaniyaların (Novruz, Yeni il, yay mövsümü və s.) planlanması və icrasında iştirak etmək

  • Satış komandası ilə birlikdə aylıq və illik satış hədəflərinin müəyyən edilməsində iştirak etmək

  • Satış nöqtələrində brend görünürlüğünün artırılması üçün planlar hazırlamaq

  • Kampaniyaların effektivliyinə dair hesabatlar hazırlamaq və təqdim etmək

  • Reklam, dizayn, istehsal və distribusiya tərəfdaşları ilə əlaqələri idarə etmək

  • İctimai rəyin və istehlakçı geri bildirimlərinin (sosial media şərhləri və s.) monitorinqini aparmaq

  • Günlük, aylıq və illik fəaliyyət hesabatlarını hazırlamaq

  • Brend KPI-larını (satış artımı, tanınma səviyyəsi, kampaniya nəticələri və s.) izləmək və rəhbərliyə hesabat təqdim etmək

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Brend üzrə mütəxəssis - 28718” qeyd etməyiniz xahiş olunur.

İş qrafiki: Həftə içi 5 gün (09:00 - 18:00 )

İş yeri: Bakı şəhəri
 
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.