Talep No:  28639

Mühasib

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

 

Azersun Holding haqqında

Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

 

Vəzifə öhdəlikləri

  • Aylıq maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək (Mənfəət və Zərər, Balans, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat)
  • Dövriyyə-qalıq cədvəli üzrə hesabları analiz etmək və uyğunsuzluqları aradan qaldırmaq
  • Vergi bəyannamələrinin hazırlanmasında iştirak etmək (MV, ƏDV, ÖMV)
  • Statistika və digər dövlət qurumları üçün tələb olunan hesabatların hazırlanması
  • Əsas vəsaitlərin təmir xərclərinin vergi qanunvericiliyinə uyğun olaraq xərcə salınması və kapitallaşdırılması
  • Mühasibat uçotu standartlarına uyğun hesablar planını bilmək və müxabirləşmələrin aparılması
  • Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanaraq təqdim edilməsi
  • Mal-material və xidmət satışlarının uçotunun aparılması
  • Mal-materialların satışı zamanı Satışın Maya Dəyərinin düzgün formalaşmasına nəzarət
  • Aylıq satılmış mal-material ehtiyatlarının maya dəyərinin yoxlanılması
  • İdxal olunan mallar üzrə invoice dəyərinin, gömrük və əlavə (daşınma və s.) xərclərin düzgün uçotuna nəzarət
  • Aylıq xərclərin düzgün xərc mərkəzləri üzrə işlənilməsinin yoxlanılması
  • Daxil olan və göndərilən elektron qaimələr üzrə təsdiqedici sənədlərin vaxtında tələb edilməsi və tərtib olunması (müqavilə, qiymət razılaşma protokolu, malın təhvil-qəbul aktı, xidmətlərin təhvil-təslim aktı, hesab-faktura və s.)

 

Tələblər

  • Mühasibat uçotu, maliyyə, idarəetmə, iqtisadiyyat və ya biznesin idarə edilməsi ixtisaslarından biri üzrə ali təhsil.
  • Vergi qanunvericiliyi üzrə yetərli biliklərin olması.
  • Mühasibat uçotu sahəsində minimum 3 il iş təcrübəsi
  • Microsoft Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel)
  • 1C proqramı üzrə biliklər üstünlükdür
  • Vergi və Gömrük sistemləri üzrə praktiki təcrübə

 

Biz nə təklif edirik:

  • İş yeri: Bakı şəhəri, Azersun Holding Mərkəzi Ofis
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət

 

Müraciət

Tələblərə cavab verdiyiniz halda CV-nizi cv@azersun.com ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Mühasib – 28639 ” qeyd edilməlidir.