Aqronom (Kürdəmir )

Müəssisə:  KÜRDƏMİR SÜD EM. ZAV. MMC

Namizədə aid tələblər:

Ali təhsil (Müvafiq sahə üzrə);

Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;

Toxumçuluq, bitki istehsalının, əkinçilik təcrübəsinin və təsərrüfat avadanlıqlarının istismarı haqqında məlumatlı olmalı;

Toxumçuluğun və bitki yetişdirilməsinin yaxşılaşdırılması üçün tədqiqat üsulları və texnikalarını bilməli;

İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;

 

İş haqqında məlumat:

Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;

Əkin sahələrində torpağın məhsuldarlığını artırmaq;

Təsərrüfatda daxili yerquruluşu işlərini aparmaq;

Əkin dövriyyəsini tətbiq etmək, əkin sahələrinin səmərəli quruluşunu vermək, təbii torpaqları yaxşılaşdırmaq, bu sahələri eroziyadan qorumaq, yem bitkiləri əkinin və çoxillik əkmələrin sahəsini genişləndirmək və yüksək aqrotexnikanın tətbiqini təmin etmək;

Əkin sahələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir;

Kənd təsərrüfatı bitkilərinin çoxaldılması, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlərdə iştirak edir və təkminləşdirməsini həyata keçirir;

Əkin və məhsuldarlığın artırılması üçün tədqiqatlar aparmaq;

Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ Aqronom (Kürdəmir ) ” qeyd etməyiniz xahiş olunur.

 

İş Yeri: 

  • Kürdəmir  rayonu