Talep No:
30730
SAP üzrə mütəxəssis
Müəssisə:
AL MARKET MMC
“Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
-
Əsas vəzifə öhdəlikləri:
- SAP S/4HANA (xüsusilə SAP Retail modulu) üzrə sistem analizinin aparılması və biznes proseslərin sistem üzərində konfiqurasiyası
- Biznes tələblərinin toplanması, analiz edilməsi və texniki tapşırığa çevrilməsi
- Mövcud proseslərin optimallaşdırılması və sistem təkmilləşdirmə təkliflərinin verilməsi
- Texniki sənədləşdirmənin hazırlanması
- İstifadəçilərə dəstək göstərilməsi və təlimlərin keçirilməsi
Namizədə tələblər:
- Kompüter mühəndisliyi, Proqram təminatı mühəndisliyi, Sənaye mühəndisliyi və ya digər müvafiq mühəndislik ixtisasları üzrə ali təhsil
- İngilis dili – yaxşı səviyyədə (yazılı və şifahi ünsiyyət bacarığı)
- Yüksək analitik düşünmə və mürəkkəb problemlərin həlli bacarığı
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- Komandada effektiv işləmək bacarığı
- Texniki analiz və sənədləşdirmə təcrübəsi
- ERP sistemləri ilə iş təcrübəsi
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri, AL Market / Baş ofis
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Servis xidməti: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı