Strateji media əlaqələri üzrə Baş mütəxəssis
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.
Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.
İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.
Tələblər:
- Ali təhsil (Biznes/Marketinq/İqtisadiyyat və əlaqəli sahə)
- Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi (Ənənəvi marketinq təcrübəsi əlavə üstünlükdür)
- Güclü kommunikasiya, koordinasiya və təqdimat bacarıqları
- MS Office (xüsusilə excel), Sosial platformalarda və Youtube-da reklam yayımlama, Düzgün hədəfləmə, Optimizasiya, Meta, Google Ads, Google Analytics, TikTok Business, SEO, İnfluencer Marketing işləri ilə davamlı olaraq işləyən
- Yaradıcı yanaşma və nəticəyönümlü iş üslubu
- Strateji və analitik düşünmə bacarığı
- Süni intellekt və avtomatlaşdırma alətləri ilə işləmək bacarığı əlavə üstünlükdür
- İngilis və Rus dili bilikləri azı B1-B2 səviyəsində olmalı
Vəzifə öhdəlikləri:
- Reklam və Marketinq strategiyalarını oxuma, analiz edə bilmə bacarığı və tətbiq etməklə media planının hazırlanması;
- Strateji media planlama prosesinin ilk mərhələsi hesab olunan - brendlərin kommunikasiya brieflərini analiz edir, şübhəli və ya doğru hesab etmədiyi məqamları müzakirəyə açır, aydınlaşdırır.
- Brend menecerlər ilə, offline media planlayıcı ilə, partnyor media agentlik ilə müştərək çalışır, mütəmadi olaraq fikir mübadilələri aparır, marka tanıtımına yönəlik ortaq media yayım strategiyası formalaşdırır.
- Onlayn media kanallarının (YouTube, Instagram, TikTok, Facebook, Google Ads, influencer marketing və s.) potansialını analiz etməklə reklam kampaniyasına uyğun olanlı müəyyənləşdirib məzmun təminatını təşkil etmək və prosesə nəzarət edir.
- Kampaniya boyunca rəqəmsal reklam aktivliyinin effektivliyini izləyir, ehtiyac yarandığı anda dərhal prosesə müdaxilə edir.
- Rəqiblərin reklam strategiyalarını izləyir və təhlil edir. Onların istifadə etdiyi rəqəmsal media kanalları və reklam formatları haqqında məlumat toplayır, həmçinin bölüşür.
- Online media kampaniyalarının nəticələrini müxtəlif analitik alətlərdən istifadə edərək analiz edir, rəhbərlik və brend menecerlər üçün hesabatlar şəklində təqdim edir. Növbəti rəqəmsal kampaniyalar üçün təkmilləşdirmələr aparır.
İş Qrafiki: Həftə içi 5 gün
İş yeri: Bakı şəh., Azersun Holdinq Baş ofis
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Strateji media əlaqələri üzrə Baş mütəxəssis – 28475” qeyd etməyiniz xahiş olunur.