İnsan Resursları üzrə Baş mütəxəssis
Vakansiya: İnsan Resursları üzrə Baş mütəxəssis
Tələblər:
• Ali təhsilli olmalı (Menecement, sənayenin təşkili və idarə olunması, iqtisadiyyat, biznesin və ya insan resurslarının idarə edilməsi ixtisası)
• Aidiyyatı sahədə minimum 3 il iş təcrübəsi olmalı
• İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyi bilməli
• Əmək proseslərinin təşkili, sosial psixologiya və sosiologiyanın əsaslarını bilməli
• Məxfilik və gizlilik prinsiplərini gözləməli;
• İşgüzar ünsiyyət və peşə etiket qaydalarını bilməli
• İngilis və ya rus dilini bilməsi üstünlükdür
İş haqqında məlumat:
• İşçilərin şəxsi işlərininin formalaşdırılması
• İşçinin işə götürülməsi, attestasiyadan keçirilməsi, vəzifəsinin dəyişdirilməsi və işdən çıxması ilə əlaqədar lazımi işləri həyata keçirmək və sənədləşmə işlərini görmək;
• Vəzifə dəyişikliyinin həyata keçirilməsi, məzuniyyətlərin verilməsi
• İşçilərlə əlaqədar əmrlərin hazırlanıb, imzalanması və icraçılara düzgün çatdırılması işini təşkil etmək;
• İşdən azad olunan işçilərin sənədlərini qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlamaq və elektron (dövlət) qeydiyyatını aparmaq;
• Hər vəzifəyə aid vəzifə təlimatının aidiyyatı strukturun iştirakı ilə hazırlamaq və təsdiq etdirmək;
• Əlavə iş saatı ilə işləyən işçilərin davamiyyətini yoxlamaq və əlavə saatların ödəniş edilməsi üçün rəsmiləşdirmə işlərini həyata keçirmək;
• İşçilərin illik məzuniyyətlərinin planlanmasını hazırlamaq, növbəlilik cədvəllərinin və əvəzetmə planlarını tərtib etmək və onların icrasını təqib etmək;
• Dövlət orqanları ilə rəsmi əməliyyatların yerinə yetirilməsi və hesabatların hazırlanması.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan Resursları üzrə Baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Sumqayıt şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.