Talep No:
30073
İnsan resursları üzrə mütəxəssis
Müəssisə:
Bakı Gıda ve Yağ Fabriki
“Azersun Holdinq” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Vəzifə öhdəlikləri:
- İşçi təmini mövzusunda İnsan Resursları nümayəndəsi olaraq işə qəbul əməliyyatlarını təmin etmək.
- Oriyentasiya proqramı çərçivəsində lazım olan əməliyyatları həyata keçirilməsini təmin etmək.
- Əmək müqavilələrinin bağlanması, əmək müqavilələri bildirişlərinin elektron sistemə (Elektron Hökümət Portalı) daxil olunması və digər rəsmi işləmləri icra etmək.
- İşçilərin şəxsi işlərinin hazırlanması, arxivlənməsinin düzgün aparılması.
- Ştat cədvəlləri, işə qəbul, vəzifə dəyişikliyi, xitam əmrləri, istehsalat əmrləri, məzuniyyət əmrlərinin hazırlanması.
- Obliqat qrupa daxil olan işçilərin növbəti müayinə vaxtlarının təqib olunması, vaxtında tibbi müayinəyə göndərilməsinin təşkil olunması.
- İşçilərin nizam-intizam pozuntuları ilə bağlı sənədlərin hazırlanması, Nizam İntizam Komissiyasına müraciətlər və intizam tənbehləri ilə bağlı müvafiq əmrlərin verilməsi.
Tələblər:
- Təhsil - Ali təhsil (Bakalavriat)
- Təcrübə - 2 - 3 il iş təcrübəsi.
- Komputer bacarıqları - MS Office, SAP (üstünlükdür)
Texniki/ Nəzəri biliklər
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilməli.
- İşə Qəbul prosedurunu və tətbiqlərini bilməli.
- İntizam xətaları və onlara görə verilən intizam tənbehləri ilə bağlı təlimatları bilməli.
- Ezamiyyət prosedurunu bilməli.
Biz nə təklif edirik:
- İş yeri: Sumqayıt şəhəri, Azersun Holdinq / Bakı Qida və Yağ Fabriki MMC.
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00 .
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Servis xidməti: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət.