25.07.2014 İmişlidə Əmək Yarmarkası keçirilmişdir.

25.07.2014 tarixində İmişli Məşğulluq İdarəsinin təşkil etdiyi Əmək Yarmarkasına Azersun Holdingin Bölgələr üzrə İşə Qəbul şöbəsinin əməkdaşları Cahit Kutlu və İntiqam Qurbanov iştirak etmişdir. Tədbirə, Məşğulluq İdarəsinin Nümayəndələri, Təhsil Şöbəsinin Nümayəndələri, İcra Hakimiyətinin Nümayəndələri ve İmişli İcra Başçısının Müavini də qatılmışdır. Keçirilən görüşlərdən sonra müvafiq nümayəndələrlə qısa fikir mübadiləsi aparılmış və bölgə vakansiayalarımız haqqında bilgilər verilmişdir. Daha sonra isə iş üçün müraciət edənlərlə görüşlər keçirilmişdir. İş üçün müraciət edən təxminən 30 nəfərin cv-si qəbul edilmiş və onlara bölgə fabriklərimiz ve mövcud vakansiyalarımız haqqında ətraflı məlumat verilmişdir. Bundan əlavə tədbirdə qonaqlara Azersunun un məhsulları da tanıdılmışdır. Yarmarkada həm məhsullarımıza, həm də şirkətimizə olan böyük marağı görməkdən məmnunluq duyuruq.