17.10.2014 Azersun Holding 8-ci Azərbaycan Beynəlxalq “Karyera” (“Career”) sərgisində

Azersun Holding İnsan Resursları Departamentinin əməkdaşları Baku Expo Center-də 10-12 Oktyabr 2014 tarixlərində, 8-ci Azərbaycan Beynəlxalq “Karyera” (“Career”) sərgisində iştirak etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan tədbirdə təhsil xidmətləri, karyera məsləhətçiliyi və gənclərin məşğulluğu sahəsində regionun ənənəvi forumunun təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləri çıxış edirdilər.

“Təhsil” və “Karyera” sərgisinin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikası təhsil nazirinin müavini cənab Ceyhun Bayramov vurğuladı ki, böyüməkdə olan gənc nəslin tam və keyfiyyətli təhsili sosial inkişafın ən mühüm qanunları arasında yer alır. Ölkədə insan (kadr) resurslarının inkişafı üçün hökumət, özəl biznes və təhsil müəssisələri öz güclərini birləşdirməlidirlər.

Azərsun Holdingə aid stendə xüsusi maraq göstərən cənab Ceyhun Bayramov, İşə Qəbul Şöbəsinin əməkdaşları ilə görüşmüş, ölkədəki mövcud əmək bazarında şirkətlər qrupumuzun məşğulluğu xeyli ölçüdə təmin etdiyini vurğulamışdır. Bu baxımdan ölkənin müxtəlif universitetlərində Azərsun Holdingin işə qəbul prosesiylə bağlı daha da çox seminarlar, təqdimatlar keçirməli olduğuna, tələbələrin şirkətlərimizlə gedərək daha da çox maraqlandığına diqqət çəkmişdir.  

Sərgini ziyarətə gələnlər arasında müxtəlif yaşlarda qonaqlar, tələbələr və yeni məzunlar Azersun standına yaxınlaşaraq mövcud vakansiyalarımızla maraqlanmış və əməkdaşlarımıza hazır CV-lərini təqdim etmişdirlər. Standımıza yaxınlaşan hər bir potensial namizədə, əməkdaşlarımız yeni istifadəyə verilmiş Azersunhr.com internet saytı haqqında ətraflı məlumat vermiş, artıq işə qəbul prosesinin bu portalda öz profillərini yaratmaqla həyata keçirəcəklərini qonaqlaırn nəzərinə çatdırmışlar. 3 gün boyunca sərgidə keçirilmiş görüşlər zamanı 300-dan artıq hazır CV-rezüme toplanmış və işə müraciətlər qəbul edilmişdir. Ümumilikdə bu sərgi həm işə götürənlər həm də işə müraciət edənlər tərəfindən məhsuldar görüş kimi qiymətləndirilmişdir.