27.02.2015 ADA Universitetində Karyera günü
27.02.2015-ci il tarixdəAzərbaycan Diplomatiya Akademiyasında Karyera günü keçirilmişdir. Tədbirə Azərbaycanın bir sıra nüfuzlu şirkətləri ilə yanaşı Azersun Holdinq də dəvət almışdı. Şirkətimizi bu tədbirdə İşə qəbul şöbəsinin əməkdaşları təmsil etmişdir.
Yüksək səviyyədə təşkil edilmiş tədbirin məqsədi məzunları, iş həyatına yeni qoşulan gəncləri Respublikanın qabaqcıl şirkətləri haqqında məlumatlandırmaq, iş sahələri ilə tanış etmək, gələcək karyeralarını qurması yönündə istiqamətləndirmək, bu işdə gənclərə dəstək olmaqdır. Burada ADA universitetinin məzun və tələbləri ilə yanaşı, digər universitetlərdən dəvət almış tələbələr də iştirak etmişdir.
Gənclər Şirkətimizə xüsusi maraq göstərmiş, mövcud vakansiyalar barədə məlumat toplamağa çalışmış, karyeralarını Azersun Holdinqdə qurmaq istədiklərini bildirmişlər. Bununla bağlı, xeyli sayda müraciət daxil olmuşdur. Tərəfimizdən məzun və tələbələrə Azersun Holding`in fəaliyyət sahələri, brendlərimiz və şirkətimizdə olan vakant iş yerləri haqqında, eləcə də, tədbir iştirakçilarına yeni portalımız www.azersunhr.com barədə ətraflı məlumat verilərək, istifadə  qaydaları izah edilmişdir.
ADA universitetində təhsilini hazırda davam etdirən gənclər isə daha çox “Summer internship” proqramı ilə maraqlanmış, yay tətilləri dövründə bu proqramdan yararlanmaq istədiklərini bildirmişlər. Tələbələri maraqlandıran təcrübə proqramları haqqında geniş məlumat verərək, müraciətçiləri maraqlandıran suallar cavablandırılmışdır.