17.07.2014 "Bazarstore" supermarketlər şəbəkəsi

"Bazarstore" supermarketlər şəbəkəsinə məxsus növbəti mağaza ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə fəaliyyətə başladı.

Təşkil olunmuş təntənəli açılış mərasimində istehlakçılara yeni açılmış mağazada satılan məhsulların bütün "Bazarstore" mağazalarında olduğu kimi gigiyenik tələblərə ən yüksək səviyyədə cavab verən məhsulların təqdim edildiyi bildirildi.

Ən müasir standartlara cavab verən və şəhərin mərkəzində yerləşən super market iki mərtəbədən ibarətdir. İlk mərtəbədə müxtəlif növdə və çeşiddə olan qida məhsullarının, ikinci mərtəbədə isə qeyri-qida məhsullarının satışı reallaşdırılır. Bundan əlavə mağazalar şəbəkəsi yeni dükanın açılışı münasibəti ilə 4 gün müxtəlif bonus kampaniyaları və endirimlər də təklif edir. Həmçinin açılış mərasimindən sonra ilk müştərilərə daha sərfəli şərtlərlə alış-veriş etmək üçün xüsusi kartlar paylanılıb ki, bu da onlar tərəfdən çox yüksək qiymətləndirilib.

Gəncədə istifadəyə verilən "Bazarstore" mağazasında endirimlər və bonus kampaniyaları iyul ayının 12-nə qədər davam edəcək. Qeyd edək ki, "Bazarstore" mağazalarında satılan ət məhsulları halaldır, onların kəsimi islam qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir və daim təzədir.