ŞİRKƏTİMİZİN DƏYƏRLƏRİ
- Ədalət və düzgünlük
Fəaliyyət istiqamətlərimizin təməlində ədalət anlayışı durur - tərəzimizi düzgün qurar, başqalarının haqqına tənəzzül etmərik;
- Fəaliyyət
Hər kəsin əkdiyini biçəcəyinə, zəhmət çəkənin qarşılığını əldə edəcəyinə inanırıq;
- Keyfiyyət
Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir;
- Məsuliyyət
İstehsal etdiyimiz hər bir məhsulda insan sağlamlığı amilini dərk edir və bu məsələdə, qətiyyən, güzəştə getmirik;
- Əxlaq
Gözəl əxlaqa malik insanları işə qəbul edirik, işçilərimizin " öz işinin lideri" olduğuna inanırıq;
- İnam
İşçilərimizin motivasiyasına önəm verir, performansları nisbətində maddi və mənəvi dəstək veririk;
- Komanda ruhu
İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və fikirlərinə böyük önəm veririk;
- Əməkdaşlıq
İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və fikirlərinə böyük önəm veririk;
- Çeviklik
Qurumumuzun işçilərinin dinamik və davamlı inkişafını nailiyyətlərimizin təməl əsası olaraq görürük;
- Təşkilatçılıq
Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk;
- Bərabərlik
Bütün işçilərimizə və iş münasibətlərində olduğumuz şəxslərə din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq;
- Texnoloji “know-how”
Texniki yenilikləri sürətlə mənimsəyir, inkişaf etdirərək istifadə edir və öz “know-how”umuzu formalaşdırırıq;
- Mükəmməllik
Ümumi keyfiyyət həyatımızdır;
- Cəmiyyətə faydalı olmaq
Cəmiyyətə faydalı olmaq və çalışdığımız bölgənin əhalisinin etibarını qazanmaq üçün hədsiz dərəcədə səy göstəririk;
- Ətraf mühiti qoruma
Hər bir işimizdə ətraf mühiti, təbiəti qorumağa çalışırıq;
- Qanunlara riayət
Olduğumuz ölkənin qaydalarına tabe oluruq;
- Gələcəyə baxış
Atdığımız addımların gələcək nəsillərə işıq tutmasını hədəfləyirik;
- Sevgi və hörmət
Əlaqədə olduğumuz şəxs və qurumlarla qarşılıqlı hörmət prinsipləriylə davranır, bəşəri münasibətləri davamlı inkişaf etdirməyə diqqət edirik;
- Ədalətli Rəqabət
Rəqabətin gücünə və bizi mükəmməlliyə aparacağına inanırıq;
VİZYONUMUZ
Fəaliyyət göstərdiyi ərazilərdə müştərilərin tələblərini qarşılayan ən yaxşı məhsul və xidmətləri təqdim etmək, inkişaf etmiş iş gücü və texniki infrastrukturu ilə yeni standartlar yaratmağa köklənmiş, sosial və ekoloji məsələlərdə məsuliyyətli, fərqliliyə və düşüncəyə dəyər verməsiylə tanınan, nüfuzlu, etibarlı və ədalətli bir qurum olmaq.
MİSSİYAMIZ
- Etibarlı və nümunəvi beynəlxalq ticari məhsul və xidmət təqdim etmək;
- Payçılarımızın mənfəətlərini davamlı olaraq artırmaq;
- İşçilərimizi inkişaf etdirmək və işçilərimiz ilə birgə inkişaf etmək;
- Cəmiyyətə qatdığımız dəyəri davamlı artırmaq və fəaliyyətimizdə ekoloji standartları ön planda tutmaq;
- Fəaliyyətlərimizi, keyfiyyət idarə etmə sistemi çərçivəsində həyata keçirərkən insan sağlamlığını ön planda tutmaq;