İnsan Resursları Siyasəti

Azərsun Holdinq üçün ən önəmli dəyərlərdən biri insan resursudur. Əldə etdiyimiz nailiyyətlərdə şübhəsiz ki, əməkdaşlarımızın rolu böyükdür. İnkişaf etməkdə olan yatırım sahələrində fəaliyyət göstərməyi hədəf seçən qurumumuz, əldə edəcəyimiz nəaliyyətlərə çalışanlarımızın verəcəyi dəyəri yaxşı anlayır. Buna uyğun olaraq biz, əməkdaşlarımızın hər birini, ortaq   hədəf və fəlsəfəyə inanmış böyük bir ailənin üzvü olaraq görürük. İnsan Resursları olaraq əsas hədəfimiz, müştəri tələblərinə cavab verən ən yaxşı məhsul və xidmətləri təqdim etmək, inkişaf etmiş insan  gücü və texnologiya bazası ilə müsbət dəyər yaratmağa çalışmaqdır. Sosial korporativ məsuliyyət daşıyan, fərqli düşüncəyə dəyər verən, hörmətli, güvənli və  ədalətli bir  struktur yaratmaq  əsas hədəflərimiz sırasındadır.

Azərsun Holdinq İnsan Resursları strukturu özünün vizyon, hədəf və dəyərləri istiqamətində ehtiyac duyduğu insan resursunu ən optimal şəkildə təmin etmək, onu motivasiya və inkişaf etdirmək, mükafatlandırmaq, davamlılığını təmin etmək üçün müvafiq proqram və strategiyalar tətbiq edir.