İşə Qəbul Prosesimiz

İnsan Resurslarının İdarə Olunması  Prosesinə  daxil olan   İşə qəbul prosesinin əsas məqsədi, şirkətlər qrupumuzun vizyon, missiya və dəyərlərinə uyğun , işin tələb etdiyi bacarığa sahib olan şəxslərin, müvafiq dəyərləndirmə vasitə və metodlar ilə şirkət xarici qaynaqlardan təmin edilməsidir. Həmçinin bu işin həyata keçirilməsində  tətbiq olunacaq sistem   və qaydaların müəyyən edilməsi işə götürmə prosesimizin əsas prioritetlərindəndir.

Personalların  seçilməsi və işə götürülmə prosesi İnsan Resursları Planlaması ilə müəyyən edilən və ya zamanla meydana çıxan işçi tələbinin  qarşılanması məqsədi ilə  müvafiq vəzifələrə uyğun şəxslərin tapılması, seçilməsi, vəzifənin tələb etdiyi məvacib səviyyəsi ilə işə götürülməsi və oryentasiya proqramından keçməsi kimi çalışmaları özündə cəmləşdirir. Proses aşağıdakı mərhələlərdən ibarətdir:

  • Personal tələbinin müəyyən edilməsi,
  • Tələb edilən vakansiyaya  görə axtarış mərhələsi,
  • Ön dəyərləndirmə,
  • Seçim mərhələsi,    
  • Yerləşdirilmə mərhələsi

Lazımi bacarığa sahib olan namizədlərin araşdırılması üçün mərhələli olaraq 2 müxtəlif mənbəyə müraciət olunur;
1.    Şirkət Daxili Mənbələrdən insan resursları təmini,
2.    Şirkət Xarici Mənbələrdən insan resursları təmini,

Şirkət daxili mənbə öncəliyi siyasətinin tələbi olaraq personal təminində açılan vəzifələrin,  qurum içərisindən dəyərləndirilməsi məqsədi ilə daxili qaynaq araşdırması aparılır, müvafiq namizəd təyin edilir, tələb edilən vəzifə üzrə məsləki bilgisini   müəyyən edən bir sıra testlərdən keçirilir, vəzifə dəyişikliyi olacağı qurum  rəhbərinin bir başa razılığı ilə müvafiq işə götürmə prosesi başladılır.

ŞİRKƏT  XARİCİ  MƏNBƏLƏRDƏN  NAMİZƏD TƏMİNİ

Daxil olan bütün müraciətlər, işə qəbul  mütəxəssislərimiz tərəfindən  araşdırılır və tələb edilən xüsusiyyətlərə uyğun olan namizədlər ilə ilkin telefon   görüşməsi aparılır . Müvafiq qərarın verilməsindən,  işə uyğun görülən namizədin İnsan Resursları İşə Qəbul Şöbəsinə dəvət edilməsinə qədər bütün fəaliyyətlər   aşagıdakı mərhələlərdən ibarətdir:

  • namizədlər üçün lazım olan iş profil xüsusiyyətlərinin müəyyən edilməsi;
  • namizədin müəyyən edilməsi üçün  müraciət siyahısına baxılması
  • alternativ resurs  araşdırmasının aparılması;
  • namizədlərin dəvət edilərək mövcud bilik səviyyələrinin təyin olunması;

Namizədlərin test və işə uyğunluq prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

  • Ümumi dünya görüşünü müəyyən edən test,
  • Məsləki bilgisini müəyyən edən test,
  • Xarici dil biliklərini yoxlayan test,
  • Kompyuter biliklərini müəyyən edən test,
  • Bacarıqlarını ortaya çıxaran müsahibələr,
  • Psixoloji test.

Bu mərhələlərdən sonra:

  • uyğun görülən namizədlər,  qurum rəhbəri ilə görüşdürülür,
  • komissiya yaradılması yolu ilə uyğun olan namizəd seçilir,
  • referans araşdırması aparılır;
  • işə götürülməsi  uyğun bilinən namizədlər  müvafiq vakansiya üzrə çalışmaq üçün dəvət edilir, vəzifəsi təfsilatlı izah olunur və  proses başa çatdırılır.

Qurumumuza müraciət edən və iş görüşmələrində iştirak edən bütün namizədlərin müvafiq iş müraciəti nəticələrinin e-mail və ya telefon vasitəsi ilə bildirmək əsas vəzifələrimizdən biridir.

Azərsun Holdinq-ə  müraciət edən namizədlər www.azersunhr.com portalından bizimlə əlaqə saxlaya bilərlər.  Yeni yaranan vakansiyalarla bağlı iş elanları da həmçinin portalımızda davamlı olaraq yerləşdirilir.