AZ
|
TR
|
EN
|
RU
Azərsun Holdinq
Azərsun Holdinq Haqqında
Holdinqin Şirkətləri
Şirkətimizin Dəyərləri
Xəbərlər
İnsan Resursları
Azərsun Akademiyası
İnsan Resursları Siyasəti
Performans və Karyeranın İdarə Olunması
İşə Qəbul Prosesimiz
Məvacib və Əlavə Hüquqlar
Vakansiyalar
www.azersunhr.com
portalının İstifadə Qaydaları
Məqsəd:
Portal üzvlərinin informasiya təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə ilkin qaydaların müəyyən olunması və riayət edilməsidir.
İstifadə qaydaları:
Bu portal ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Aşağıdakı hallarda, AzersunHr.com portalından istifadə müvəqqəti və/vəya həmişəlik qadağan oluna bilər:
1. Yanlış, nizamsız, əskik və/vəya aldadıcı məlumat və/vəya portala zidd olan formatdan ibarət olan CV-nin sayta yerləşdirilməsi zamanı;
2. CV-dən kənar məlumatların; şəxsi və/vəya reklam məqsədli şirkət(firma) məlumatlarının və/vəya üzvlük satışı kimi məlumatların yerləşdirilməsi zamanı;
3. Digər bir şəxs və/və ya şirkət(firma) tərəfindən elan edilən istənilən növ məlumat, vizual və/və ya loqonun silinməsi, təhrif olunması və/və ya dəyişdirilməsi zamanı;
4. Virus vasitəsilə portalın fəaliyyətinə maneə yaradılması;
5. Portalın istifadə qaydalarına zidd istənilən növ elektron məktubun göndərilməsi və/və ya saytı bloka salmaq məqsədilə eyni zamanda olduqca çoxlu sayda ticari və / və ya şəxsi elektron məktubların göndərilməsi zamanı;
Namizədin məxfilik prinsipləri:
• İnsan Resursları saytı olaraq sistemdə qeydiyyatda olan üzvlərin məlumatlarının təhlükəsizlik və məxfilik prinsiplərininin həyata keçirilməsini təmin edir.
• Portala üzv olan, lakin, tələb olunan və gözlənilən gizlilik prinsiplərinə və şərtlərinə uyğun olmayan şəxslərin və ya şirkətlərin (firmaların) bu prinsipləri yerinə yetirməyib istənməyən bir vəziyyətlə ya da qaydaları pozmaları halında portalımız məsuliyyət daşımır. Belə arzuolunmaz hallarla qarşılaşdıqda istəyinizdən asılı olaraq sistemdən CV-nizi silə bilərsiniz.
• Portalda sizə aid istifadəçi adı və şifrəsi ilə eyni zamanda iki nəfər sistemə qətiyyən daxil ola bilməz. Əgər portala sizə aid ad və şifrə ilə daxil olunduğunun fərqinə varar və ya bir məlumat alsanız, həmin an portala təkrar daxil olaraq şifrənizi dəyişdirin.
• Şifrənin məxfiliyi məsuliyyətini istifadəçi özü daşıyır. Şifrənin üzv tərəfindən bir başqasına verilməsi nəticəsində yarana biləcək problemlərdən üzv özü cavabdehdir.
Məxfilik razılaşmasının məhduyyəti:
• Hər cür lazımi təhlükəsizlik tədbirini görməyimizə baxmayaraq qanuni olmayan hər hansı bir yol ilə məlumatlarınız başqaları tərəfindən ələ keçirilərsə, bunun qanuni məsuliyyəti qanunu tapdalayaraq məlumatları ələ keçirənlərdədir. Bu kimi bir vəziyyəti təsbit etsəniz zəhmət olmasa bizə bildirin. Bu vəziyyətdə, qanuni hüquqlarımızı istifadə edərək, mövzu haqqında hüquqi əməliyyat başladarıq.
Ana səhifə
Haqqımızda
Məxfi informasiya
Kömək
Əlaqə
Azersun Karyera 2014 © Müəllif hüquqları qorunur.