AZ
|
TR
|
EN
|
RU
Azərsun Holdinq
Azərsun Holdinq Haqqında
Holdinqin Şirkətləri
Şirkətimizin Dəyərləri
Xəbərlər
İnsan Resursları
Azərsun Akademiyası
İnsan Resursları Siyasəti
Performans və Karyeranın İdarə Olunması
İşə Qəbul Prosesimiz
Məvacib və Əlavə Hüquqlar
Vakansiyalar
KÖMƏK
Kömək bölməsi saytın istifadəsi zamanı qarşılaşa biləcəyiniz sualların cavablandırıldığı hissədir. Zəhmət olmasa, bizimlə əlaqə yaratmazdan əvvəl qarşılaşdığınız problemlə bağlı cavabın olub-olmadığını yoxlayın.
“AZƏRSUN HOLDİNQ” Ə NECƏ MÜRACİƏT EDƏ BİLƏRƏM?
“Azərsun Holdinq”də işə qəbul prosesi elektron üsulla həyata keçirilir . Saytımızda yer alan “ CV yarat “ bölməsində öz CV-nizi doldurduqdan sonra , “Elanlar” başlığında sizə uyğun vakansiyalara müraciət edə bilərsiniz.
MƏNƏ UYĞUN VAKANSİYALARDAN NECƏ XƏBƏRDAR OLA BİLƏRƏM?
Saytımıza əlavə etdiyiniz CV -də sizi maraqlandıran işin adını dəqiq qeyd etsəniz, müvafiq vakansiya üzrə namizəd axtarılan zaman sizin şansınız bir az da arta bilər. Bundan əlavə saytı davamlı olaraq ziyarət etsəniz, yeni iş elanlarını da nəzərdən keçirə bilərsiniz.
AZƏRSUN HOLDİNQİN ŞİRKƏTLƏRİ HAQQINDA HARADAN MƏLUMAT ALA BİLƏRƏM ?
Siz saytımızda yer alan “Şirkətlərimiz” başlığından və ya
www.azersun.com
saytından şirkətlərimizlə bağlı məlumatları əldə edə bilərsiniz. Şirkətlər haqqında daha ətraflı məlumatı isə həmin şirkətlərin rəsmi saytından əldə edə bilərsiniz.
AZƏRSUN HOLDİNQDƏ MƏNƏ UYĞUN TƏDRİS VƏ İNKİŞAF İMKANLARI HANSILARDIR?
“Azərsun Holdinq” işçilərinin təlim və təhsil prosesi müxtəlif metodlarla işçinin işə başladığı gündən həyata keçirilməyə başlayır və Şirkətimizdəki kariyerası boyunca davam edir. İnkişaf imkanları ilə əlaqədar ətraflı məlumatı “Azərsun Kariyera” başlığı altındakı “Tədris Fəaliyyətlərimiz” bölməsindən əldə edə bilərsiniz.
“MƏNİM GUŞƏM”-DƏ MƏNİ NƏLƏR GÖZLƏYİR?
Burada sizi müraciət etmiş olduğunuz vakansiyalar haqqında bilgi və CV-nizi yeniləyə biləcəyiniz məlumat toplusu gözləyir. Saytımızda CV yaratdıqdan sonra, seçilən istifadəçi adı və şifrə vasitəsi ilə bu bölməyə daxil olmaq mümkündür.
MÜRACIƏTLƏRİM VƏ ONLARA VERİLƏN CAVABLAR İLƏ BAĞLI MƏLUMATLARI NECƏ ƏLDƏ EDƏ BİLƏRƏM?
Müraciətlərinizi “Mənim Guşəm” bölməsinə daxil olduqdan sonra “Müraciətlərim” səhifəsindən izləyə bilərsiniz.
ŞİFRƏMİ UNUTDUM, NƏ ETMƏLİYƏM?
Sayta daxil olarkən görünən “Şifrəmi unutdum” başlığı sizə kömək edə bilər. Bu başlığa daxil olaraq qeyd etdiyiniz e-mail ünvanına şifrənizin yenidən göndərilməsini təmin edə bilərsiniz.
Ana səhifə
Haqqımızda
Məxfi informasiya
Kömək
Əlaqə
Azersun Karyera 2014 © Müəllif hüquqları qorunur.