Məvacib və Əlavə Hüquqlar

Azərsun Holdinq Qiymətləndirmə Siyasətimiz, işçinin öhdəsinə götürdüyü işin dəyərinə, bəzən də personalın sahib olduğu bacarıq və xüsusiyyətlərinə görə müəyyən edilir. Həmçinin davamlı olaraq əmək bazarında mövcud olan maaş səviyyələrinə   baxılır, yerinə yetirilən  işin dəyəri davamlı olaraq ölçülür, mövcud standartlara cavab verən  məvacib siyasəti həyata keçirilir. 

Proses, yeni başlayan personalın məvacib və əlavə  hüquqlarının müəyyən edilməsi, illik məvacib artımları, digər məvacib elementlərinin yoxlanılması  və idarə etməsini özündə əks etdirir.

  • Vəzifəyə Yeni Başlayan  Personalın Məvacibinin Müəyyən Edilməsi
  • İllik Məvacib Artımları
  • Fərdi olaraq  iş izahı və bacarığa yönəlik məvacib dəyərləndirməsi
  • Performans uğuruna görə illik mükafatlandırma

Holdinq Şirkətlər Qrupu təkibində çalışan personallara tətbiq olunan Mükafatlandırma prosesi illik Performans hədəflərinə bağlı olaraq müəyyən olunur.

Anlıq mükafatlandırma
Çalışanlarımız öz birbaşa rəhbərlərinin təqdiri ilə istər davranış  , istərsə də sərgilədiyi iş disiplininə əsasən Mükafatlandırma komissiyasında dəyərləndirilir və  haqq etdiyi mükafatı almış olur.

Bu  Proses aşağıda göstərilən mərhələlərdən ibarətdir;

  • Mükafatlandırılacaq Personalın Seçilməsi
  • Komissiya  Prosesi
  • Personalın Mükafatlandırılması

İş saatları:
Azərsun Holdinq-də daimi işçilər üçün İş saatları 09:00-dan 18:00- a qədərdir.
Müvəqqəti işçi istehsal qrupu əməkdaşları  üçün isə istehsal proqramlarına uyğun olaraq növbəli iş rejimi tətbiq edilməktədir.

Yemək və Servis Xidmətləri
Şirkət əməkdaşlarına yemək xidməti pulsuz olaraq,  normal iş saatında çalışanlara günorta, növbəli  sistem ilə çalışanlara isə növbə proqramına uyğun olaraq  verilir.  Personalların daşınması rahat  servis avtomobilləri ilə müəyyən olunan marşurutlar üzrə sürətli və təhlükəsiz bir şəkildə həyata keçirilir.

Xüsusi Sağlamlıq Sığortası
“Azərbaycan Sənaye Sığorta” vasitəsi ilə əməkdaşlarımız və onların ailə üzvləri üçün xüsusi sağlamlıq sığortası xidməti verilir.

Əlavə və Sosial Hüquqlar
Vəzifəyə bağlı olaraq hazırlanan avadanlıq , telefon və yanacaq limitləri verilməktədir.
Tutduğu vəzifədən asılı olmayaraq   aşagıdakı əlavə  hüquqlar  da mövcuddur:

  • Ölümə görə olunan yardım,
  • Evlilik yardımı,
  • Yemək xidməti,
  • Geyim yardımı,
  • Sağlamlıq yardımı,
  • Doğum üçün edilən yardım,
  • İcazələr,
  • İdman və dincəlmə mərkəzləri üçün üzvlük haqqı,
  • Ərzaq yardımı (aylıq və xüsusi günlər üçün davamlı ərzaq yardımı)

Sosial fəaliyyətlər
Holdingimizdə  "Azərsun Ailəsi" fəlsəfəsinin aşılanması məqsədi ilə bayram günləri və həftə sonları müxtəlif  fəaliyyətlər, futbol yarışları, piknik   və səyahətlər təşkil olunur.
Şirkətlər qrupuna məxsus  Mədəniyyət Mərkəzində, şirkət əməkdaşlarının  övladları  üçün ad günü fəaliyyətləri, əyləncəli oyunlar, hədiyyəli yarışmalar, konfranslar, kinoteatr, teatr  və s. təşkil olunmaqdadır.