İstehsalat operatoru (Təmizlik kağızları)



Ümumi məlumatlar

• 23-35 yaş arasında olmalı;
• Texniki istiqamət üzrə peşə təhsili yaxud ali təhsil;
• Minimum 1 il iş təcrübəsi;
• İstehsal maşınlarının işləmə prinsipini bilməli;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dilini bilməsi üstünlükdür;
• Ünsiyyətcil və qrup (komanda) şəklində işləmək qabiliyyətinə, problem həlletmə, analiz etmə bacarığına malik olmalı;
• Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı;


İş haqqında məlumat

• Təmizlik kağızlarının istehsalı;
• İstehsal planını növbə ustasından almaq
• İstehsal üçün lazım olacaq xammal və materialların hazır vəziyyətə gətirilməsi
• Maşınları işə salmaq və onların işini daim nəzarətdə saxlamaq
• Çıxacaq problemlərə anında müvafiq müdaxilələrin edilməsi
• İstehsalın nəticəsi haqqında növbə ustasına məlumatın verilməsi
• İstehsala aid xammal və material qalıqlarının aylıq sayımlarında iştirak etmək.
• İstehsalat rəisi və növbə ustasının digər təimatlarını yerinə yetirmək


İş şərtləri

İş növbəlilik əsasında təşkil olunur. Bazar günü istirahət günüdür.


Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.



İş yeri
Bakı şəhəri/ H. Əliyev pr 92a

Qəbul ediləcək işçi sayı
1

Son müraciət tarixi
22.07.2019

Web ünvanı
http://https://hr.azersun.com/