Anbar şöbə müdiri



Ümumi məlumatlar

• Ali təhsilli olmalı;
• Anbar sahəsində (3 il rəhbər vəzifədə olmaqla) ən azı 5 il təcrübəsi olmalı;
• Analitik düşünmə bacarığına sahib olmalı;
• Yüksək səviyyədə excel biliyi olmalıdır.


İş haqqında məlumat

• Məhsulun sağlam və düzgün şəkildə yüklənilməsi (boşaldılması) üçün anbardarlara təlimatların verilməsi;
• Yükləmə və boşaltma zamanı lazımi alət və texnikaların təşkil edilməsi;
• Daşınılacaq məhsulların çıxış anbarını müəyyən edərək anbar qeydiyyatçılarına və anbardara məlumat verilməsi;
• Anbarda mövcud məshulların son istifadə tarixlərinin müəyyən edilməsi;
• Məhsulların daxil olma və son istifadə tarixinə görə anbardan ixracının müəyyən edilməsi;
• Məhsulların tələb olunan miqdara görə ixracının təmin edilməsi;
• Məhsulların yükləmə və boşaldılma zamanı təhvil-təslim prosesinə nəzarət edilməsi;
• Məhsullara zərər verə biləcək həşəratlara qarşı lazımi dərmanlama proseslərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
• Müvafiq hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
• Anbarlarda təmir ehtiyaçlarının müəyyən edilməsi və rəhbərliyin məlumatlandırılması.


• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “Anbar şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.


İş şərtləri

Həftə içi 5 gün


Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.



İş yeri
Bakı şəhəri

Qəbul ediləcək işçi sayı


Son müraciət tarixi
30.07.2021

Web ünvanı
https://hr.azersun.com/