Satış Meneceri



Ümumi məlumatlar

- Ali təhsilli olmalı,
- Satış sahəsi üzrə 3 il təcrübəsi olmalı;
- MS Office proqramlarını bilməli,
- Yüksək ünsiyyət və inandırma bacarığı olmalı,
- B kateqoriya sürücülük vəsiqəsi olmalı.


İş haqqında məlumat

- Bağlanmış müqavilələrin tələblərinə nəzarət etmək,
- Sifariş olunan məhsulların miqdarına və vaxtında çatdırılmasına nəzarət etmək,
- Tabeliyində olan işçilərin davamiyyətinə və performansına nəzarət etmək,
- Kampaniyalar ilə bağlı müştəriləri və sifarişçiləri zamanında məlumatlandırmaq,
- Nəzarətində olan merçendayzerlər üçün həftəlik iş planı hazırlamaq və ona nəzarət etmək,
- Rəqib firmaların fəaliyyətinin araşdırılması,
- Satışın artırılması üçün tədbirlər görmək və təkliflər hazırlamaq,
- Satış fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və rəhbəliyə təqdim olunması


İş şərtləri

Həftə içi 5 gün, 09:00-18:00


Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.



İş yeri
Heydər Əliyev pr, 92a

Qəbul ediləcək işçi sayı
1

Son müraciət tarixi
30.09.2021

Web ünvanı
www.azersun.com