SAP Layihə Meneceri



Ümumi məlumatlar

• Ali təhsilli (sənaye mühəndisliyi, kompüter mühəndisliyi və s.) olmalı;
• Layihə idarəçiliyi sahəsində minimum 3 il təcrübəsi olmalı;
• SAP sahəsində təcrübəsi (hərhansı bir modulda tətbiq və məsləhətçi kimi) olmalı;
• İT layihələrində əlaqələndirmə, iş tərəfdaşı, risk və s.idarəetmə proseslərində təcrübəli olmalı;
• Problemləri həll etmə, təhlil etmə, planlaşdırılma, təqib etmə, təşkilatçılıq və istiqamətləndirmə bacarıqları olmalı;
• Yüksək şifahi və yazılı ünsiyyət və təqdimat bacarıqları olmalı;
• Nəticə yönümlü, analitik düşünmə və problem həll etmə bacarığı olmalı,
• Müntəzəm hesabat vermə vərdişləri, yüksək sənədləşdirmə bacarıqları olmalı;
• MS Office, MS Project və s. layihə və sənəd idarəetmə proqramlarından səmərəli istifadə etməyi bacarmalı,
• Layihə idarəetmə standartlarını və metodologiyasını yaxşı bilməli ( PMP sertifikatı olması üstünlükdür);
• Agile metodologiyalarını bilməli;
• İngilis dilini mükəmməl bilməli.


İş haqqında məlumat

• SAP layihələrinin başlanğıcından tamamlanmasına qədər bütün prosesləri idarə etmək, planlaşdırılan həcm, büdcə və vaxt planı çərçivəsində tamamlanmasını təmin etmək;
• Sənəd idarəetmə sistemindəki layihələrlə əlaqədar layihə sənədlərinin (layihə planı, təqdimat və s.) hazırlanması, yenilənməsi, təqdim edilməsi və arxivləşdirilməsi;
• Vaxtaşırı iclaslar vasitəsilə layihələrin vəziyyətini layihə idarəetmə komitəsinə və əlaqədar şəxslərə bildirmək, layihə haqqında hesabatlar hazırlamaq və təqdim etmək,
• Layihə ilə əlaqədar riskləri və açıq məsələləri izləmək, idarə olunmasını təmin etmək, kritik qərarlar tələb edən məsələləri layihənin idarəetmə komitəsinə və əlaqədar şəxslərə çatdırmaq;
• Layihələrlə əlaqəli komandanı koordinasiya etmək, layihənin qaynaqlarından aktiv və səmərəli istifadə olunmasını təmin etmək;
• Daxili və xarici iş tərəfdarları ilə ünsiyyəti planlaşdırmaq və əlaqələri idarə etmək, layihə çərçivəsində əhəmiyyətli dəyişikliklər və məsələlər haqqında iş tərəfdarlarını məlumatlandırmaq;
• İstifadəçilərdən və iş bölmələrindən gələn dəstək və dəyişiklik istəklərini idarə etmək, onların cavabdeh olan müvafiq modul tərəfindən yerinə yetirilməsini təmin etmək,
• SAP Dəstək şöbəsinin əməliyyat işlərinin təşkilini və həyata keçirilməsini təmin etmək.


İş şərtləri

Həftə içi 5 gün, 09:00-18:00


Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.



İş yeri
Heydər Əliyev pr, 92a

Qəbul ediləcək işçi sayı
1

Son müraciət tarixi
15.10.2021

Web ünvanı
www.azersun.com