SAP MM üzrə Mütəxəssis



Ümumi məlumatlar

- Ali təhsilli ( sənaye mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat ixtisasları üstünlükdür) olmalı;
- Minimum 2 il təcrübəsi olmalı;
- Azərbaycan və ingilis dili bilikləri olmalı;
- MM Modulu ilə əlaqədar ilkin SAP konfiqurasiyalarını bilməli;
- MM modulunun maliyyə-mühasibatlıq (Fİ), Satış (SD) və istehsal (PP) modulları ilə inteqrasiya nöqtələrini bilməli;
- Konseptual dizayn sənədini hazırlamağı bacarmalı;
- İş Proseslərinin analiz edilməsi və təkmilləşdirilməsi üçün proses, proses idarəsini bilməli və iş axış cədvəllərini hazırlamağı bacarmalı;
- İstifadəçilərə təlim vermək və əl kitabçası hazırlamaq qabiliyyəti olmalı;
- Analitik düşünmək və problem həll etmək bacarığı olmalı;
- Asan ünsiyyət qura bilməli.


İş haqqında məlumat

- Şirkətlər qrupunun hədəfləri və təşkilati pro=ioritetləri istiqamətində tədarük zənciri proseslərinin analizini və sistem üzərində təkmilləşdirilməsini təmin etmək;
- Vəzifə üzrə işlərin təyin olunan standartlar və qrup prosedurları çərçivəsində nizamlı olaraq həyata keçirilməsini təmin və təqib etmək;
- İşi ilə əlaqədar ən yaxşı təcrübələri və texnologiyaları araşdırıb, məhsuldarlıq artışını, yenilikçi həllərin tətbiq edilməsini təmin edəcək proyektlər yaratmaq;
- İş proseslərini analiz etmək, təkmilləşdirilməsi istiqamətində iştirak etmək və lazımi sənədəri (to-be), (as-is) hazırlamaq;
- İş proseslərinin iş axış cədvəllərini hazırlamaq;
-Konseptual dizayn sənədini hazırlamaq, iş sahiblərinə təsdiqlətmək;
- İş ilə əlaqədar konfiqurasiyaları SAP sistemində zamanında və doğru şəkildə tamamlamaq;
- İş ilə əlaqədar baza məlumatları (hesab, müştəri,satıcı, əsas vəsait, məsrəf və gəlir mərkəzi və s.) hazırlamaq;
- Sistemdəki uyğunlaşdırmalar çərçivəsində test ssenarilərini hazırlamaq və bütün iş proseslərini test serverlərində test etmək;
- İstifadəçilərə iş proseslərini tam ifadə edəcək şəkildə təlim vermək və əl ktabçasını hazırlamaq;
- İstifadəçi yetkiləndirmə matrisini hazırlamaq və təmin etmək;
- İş proseslərini canlı sistemdə iş sahiblərinə təhvil vermək və laazımı dəstəyi göstərmək;
- Proqram standartı xaricindəki tələblərlə bağlı funksional spesifikasiyaları hazırlamaq;
-Canlı sistemdə istifadəçilərin qarşılaşdıqları problemləri incələmək və həll etmək.


İş şərtləri

Həftə içi 5 gün, 09:00-18:00


Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.



İş yeri
Heydər Əliyev pr, 92a

Qəbul ediləcək işçi sayı
1

Son müraciət tarixi
15.10.2021

Web ünvanı
www.azersun.com