Aparıcı/Baş Hüquqşünas



Ümumi məlumatlar

• Ali hüquqi təhsilli olmalı;
• Hüquq üzrə minimum 3-5 il iş təcrübəsi olmalı;
• Bank işi üzrə 1 il iş təcrübəsi olmalı;
• Hüquqi sənədləri sərbəst hazırlamalı;
• Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmək bacarığına malik olmalı;
• Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.


İş haqqında məlumat

• Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparılması;
• Bankın dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
• Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
• Bankın tərəf kimi iştirak etdiyi birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində nümayəndə kimi iştirak edilməsi, məhkəmə sənədlərinin (iddia ərizələri, etibarnamələr, vəsatətlət, yazılı izahatlar, apellyasiya və kassasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
• Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə işlərin görülməsi;
• Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
• Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması və onların dövlət qeydiyyatının həyata keçirilməsi;
• Bankın səhmlərinin emissiyası və səhmdarlarının reyestrinin aparılması ilə əlaqədar qərarları hazırlamaq və digər lazımi işləri həyata keçirmək;
• Bankın filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılması və hər hansı fəaliyyət növü üçün icazələrin alınması ilə əlaqədar qərarları, məktubları, tələb olunan sənədləri hazırlamaq və digər lazımi işləri həyata keçirmək;
• Bankın fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, bankdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəy vermək;
• Dövlət, qeyri-dövlət təşkilatlarından və vətəndaşlardan daxil olan aidiyyəti sənədləri cavablandırmaq;
• Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin qərarlarını hazırlamaq, imzaya təqdim etmək, imzadan dönəndən sonra isə onların yayımlanmasını təmin etmək.


İş şərtləri

Həftə içi 5 gün, 09:00-18:00


Azərbaycan Sənaye Bankı ASC



İş yeri
Azərbyacan Sənaye Bankı (Baş Ofis)

Qəbul ediləcək işçi sayı
1

Son müraciət tarixi
24.02.2022

Web ünvanı
www.azersun.com