Koordinator (həkim)



Ümumi məlumatlar

• Tibb sahəsi üzrə ali təhsilli olmalı;
• Ən azı 1 il iş təcrübəsi olmalı;
• Microsoft Office - Excel yaxşı səviyyədə bilməli;
• Türk və Rus dillərini yaxşı bilməli, İngilis dili bilməsi üstünlükdür
• Diksiyası düzgün, xoş səsə, aydın nitqə malik olmalı;
• Telefonda lazımlı və effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı;
• Ünsiyyətçil, müştəri yönümlü, stressə davamlı, məsuliyyətli, nəzakətli və punktual olmalı;
• Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı;
• Kollektivdə işləmək qabiliyyəti olmalı;
• Kommersiya və sığorta sirrini saxlama bacarığı olmalı.


İş haqqında məlumat

• Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
• Sığorta hadisələri üzrə daxil olan müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
• Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
• Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
• Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
• Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən müştərilərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları aparmaq şikayətin əsas səbəbini araşdırmaq;
• Müştəri məmnuniyyəti ilə bağlı hesabatları hazırlamaq və s.


İş şərtləri

İş qrafiki: növbəli, 09:00-21:00/21:00-09:00 2 gün istirahət


Azərbaycan Sənaye Sığorta ASC



İş yeri
Bakı şəhəri

Qəbul ediləcək işçi sayı


Son müraciət tarixi
26.05.2018

Web ünvanı
http://www.azersun.com