İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis



Ümumi məlumatlar

• Ali təhsilli olmalı;
• Türk və Rus dillərini yaxşı bilməli, İngilis dili bilməsi üstünlükdür;
• Müvafiq sahədə 1 il iş təcrübəsi;
• Microsoft Office - Excel yaxşı səviyyədə bilməli.


İş haqqında məlumat

• Şirkətin qlobal strategiya uyğun olaraq məhsul xəttinin inkişafına dair təkliflər;
• Promosyonlar təşkili və keçirilməsi;
• Yerli sığorta bazarının öyrənilməsi;
• Bütün növ reklam məhsullarının sifarişi, reklam kampaniyalarının təşkili və aparılması;
• Ümumi sığorta sahəsi üzrə yeni sığorta xidmətlərinin və məhsulların tətbiqi;
• Şirkətin rəsmi saytı və sosial şəbəkələr üçün xəbərlərin hazırlanması;
• Şirkətin rəsmi saytı və sosial şəbəkələrin idarə edilməsi;
• Müstəqil şəkildə təqdimat, satışa meylli mətnlər, press-reliz, hesabat hazırlamaq və həyata keçirmək;
• Reklam və informasiya materiallarının yayılması üçün ən əlverişli kütləvi informasiya vasitələrinin seçilməsi və onlarla əlaqələrin qurulması;
• Nəşriyyat materiallarının (emblem və loqoların, vizit kartlarının, firma blanklarının, dəvətnamələrin və s.) hazırlanması;
• PR məqsədlərinin müəyyən edilməsi üçün daxili kommunikasiya kanallarının yaradılması;
• PR xərcləri üzrə büdcəyə nəzarət;
• Şirkətin və nümayəndəliklərin ofislərinin reklam, dizayn və interyer uyğunluğuna nəzarət edilməsi.


İş şərtləri

9 saatlıq iş qrafiki


Azərbaycan Sənaye Sığorta ASC



İş yeri
Bakı şəhəri

Qəbul ediləcək işçi sayı
1

Son müraciət tarixi
23.06.2018

Web ünvanı
http://www.azersun.com