Risklərin İdarə Edilməsi Departamentinin mütəxəssisi



Ümumi məlumatlar

• Maliyyə və ya iqtisadi sahədə ali təhsil;
• İngilis və rus dili bilikləri;
• 1 il bank stajı, müvafiq sahə üzrə minimum 6 ay iş stajı;
• Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları;
• Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə biliklər;
• İFRS tələbləri üzrə biliklər;
• Risklərin idarə edilməsi barədə lokal (AR Mərkəzi Bankının və Azərbaycan Respublikasının MBNP-nın) normativləri və qaydaları üzrə biliklər;
• Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
• CFA və FRM üzrə sertifikat sahiblərinə üstünlük verilir;


İş haqqında məlumat

• Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə tələb olunan hesabatların hazırlanması;
• Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
• İFRS tələbləri üzrə araşdırmalar aparılması və təkliflər verilməsi;
• Risklərin idarə edilməsi sahəsi üzrə şöbə müdiri, departament müdiri, baş risk inzibatçısı, əlaqədar İdarə Heyətinin üzvü və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqlarının icra edilməsi;
• Bank fəaliyyəti ilə əlaqədar yarana biləcək kredit, əməliyyat, bazar, likvidlik və s. risk kateqoriyaları ilə bağlı ölkə qanunvericiliyi və bankdaxili reqlamentlərlə müəyyən olunan tədbirlərin həyata keçirilməsi;


İş şərtləri

9 saatlıq iş rejimi


Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.



İş yeri
Bakı şəh.,Zərifə Əliyeva küç.3 ASB Bank

Qəbul ediləcək işçi sayı
1

Son müraciət tarixi
28.02.2019

Web ünvanı
http://https://hr.azersun.com/