Azərsun Karyera Portalına xoş gəlmisiniz!
Biz bilirik ki, uğurlu şirkət olmaq üçün ən vacib resursumuz əməkdaşlarımızdır. İnteqrasiya edilmiş və hədəfləri olan bir komandanın nail ola bilməyəcəyi heç bir şey yoxdur. Daim özünü təkmilləşdirən, maksimum müştəri məmnuniyyətini hədəfləyən, yeniliklərə açıq olan, dəyişikliklərə tez uyğunlaşan, qeyri-müəyyən situasiyalarda cəld qərar verə bilən, təhlil, sintez və şərh etmə qabiliyyətinə malik yaradıcı heyətimiz ilə cəmiyyətin ehtiyaclarını ödəmək və müştərilərimizin gözləntilərini qarşılamaq şirkətimizin əsas prinsipidir. İnsan resursları prioritetlərimiz şirkətimizə istedadlı, çalışqan insanları daxil etmək, əməkdaşlarımızı inkişaf etdirmək, gələcək nəsil liderlik səriştələrimizi gücləndirmək və ən yaxşı İnsan Resursları təcrübələrini tətbiq etməkdir. Biz davamlılıq, inklüzivlik, bərabərlik, müxtəliflik, etika, həmrəylik və innovasiya kimi anlayışlara sadiqliyimizi özümüzə rəhbər tuturuq.
Üzvsən?