HAQQIMIZDA

1991-ci ildə Sovet İttifaqının süqutu və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra ölkə iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşmağa başladı.

İqtisadiyyatın mərkəzdən planlandığı sistemdən miras qalan köhnə texnologiyalar, fabrik və zavodlar sərbəst bazar iqtisadiyyatının şərtləri ilə ayaqlaşa bilmədi. Meydana çıxan problemlərdən sonra onlardan bir çoxu fəaliyyətini dayandırdı, digərləri isə istehsal gücünü azaldaraq işləməyə davam etdi. İş yerlərinin bağlanması nəticəsində isə işsizlərdən ibarət böyük bir ordu yarandı. Artıq 1993-cü ildə Azərbaycanda qida sənayesi sahəsində fəaliyyət göstərən tək bir müəssisə qalmamışdı. Ölkə rəhbərliyi bu dövrlərdə çıxardığı qərarlarla müəssisələrin özəlləşdirilməsi üçün müvafiq tədbirlər görməyə başladı. 1991-92-ci illərdən başlayaraq Azərbaycana gələn xarici iş adamları bu prosesdə aktiv rol almağa başladılar. Həmin iş adamları arasında “Azərsun Holdinq” Şirkətlər Qrupunun qurucusu Abdolbari Gozal da vardı. A.Gozal gəlişi ilə “İntersun” Şirkətlər Qrupunun Azərbaycandakı təmsilçiliyini yaratdı. İlkin mərhələdə ölkəni təməl qida məhsulları ilə təmin edərək bazardakı ərzaq çatışmazlığını aradan qaldırdı. Bunu yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev Abdolbari Gozalı qəbul edərək bunları söylədi: “...Siz fəaliyyətinizi dürüstlük üzərində qurmuşsunuz. İndi ticarətlə məşğulsunuz, lakin camaat işsizdir, sənaye sahələrinə sərmayə qoyun, qabaqcıl olun, işçi çalışdırın və önə keçin...”

2010-cu ildə “Azərsun Holdinq”, UNICEF və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair Proqramı”na uyğun olaraq Masazır Duz Zavodunu istismara verdi. Qısa müddət ərzində bu müəssisənin fəaliyyəti nəticəsində ölkəmiz duz idxal edən ölkədən ixracatçı ölkəyə çevrildi. Bundan əlavə, 2010-cu ildə “Azərsun Holdinq” tərəfindən Azərbaycanın ilk müasir ticarət mərkəzi olan, 48.000 m2 sahəni əhatə edən “Park Bulvar” AVM istifadəyə verildi. Növbəti il isə Şirkətlər Qrupu Azərbaycanın pərakəndə satış bazarına yeni nəfəs gətirən və gündəlik 50 mindən artıq insana xidmət göstərən “Bazarstore” super marketlər şəbəkəsini yaratdı. İqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatıraraq minlərlə insanın işlə təmin olunmasına müvəffəq olan “Azərsun Holdinq” 2013-cü ildə Kürdəmir Süd Emalı Zavodunu istismara verdi.

Ulu Öndərin bu sözlərini rəhbər tutan A.Gozal, 1994-cü ildə ilk olaraq birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müəssisələri müasir avadanlıqlarla təchiz etdi və bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə vermiş oldu. Növbəti illərdə Azərbaycanın müxtəlif bölgələrində (Xaçmaz, Biləsuvar, Lənkəran, Qazax) 4 konserv  zavodunu istismara verməklə minlərlə fermerin öz məhsulunu sataraq gəlir əldə etməsinə şərait yaratdı. 2006-cı ildə 110 hektar ərazini əhatə edən və regionun ən böyük İmişli Şəkər Zavodu istismara verildi ki, bu müəssisənin fəaliyyəti İmişli rayonu ilə bərabər Azərbaycanın digər bölgələrinin də inkişafına müsbət təsir göstərdi. Həmin il “Azərsun Holdinq” tərəfindən Biləsuvar rayonunda 4500 hektarlıq əkinə yararsız şoran ərazidə rekultivasiya işləri aparıldı, drenaj kanalları çəkildi və ərazi müasir kənd təsərrüfatı avadanlıqları, suvarma sistemi və aqrotexniki avadanlıqlarla təchiz olundu.

2010-cu ildə “Azərsun Holdinq”, UNICEF və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair Proqramı”na uyğun olaraq Masazır Duz Zavodunu istismara verdi. Qısa müddət ərzində bu müəssisənin fəaliyyəti nəticəsində ölkəmiz duz idxal edən ölkədən ixracatçı ölkəyə çevrildi. Bundan əlavə, 2010-cu ildə “Azərsun Holdinq” tərəfindən Azərbaycanın ilk müasir ticarət mərkəzi olan, 48.000 m2 sahəni əhatə edən “Park Bulvar” AVM istifadəyə verildi. Növbəti il isə Şirkətlər Qrupu Azərbaycanın pərakəndə satış bazarına yeni nəfəs gətirən və gündəlik 50 mindən artıq insana xidmət göstərən “Bazarstore” super marketlər şəbəkəsini yaratdı. İqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatıraraq minlərlə insanın işlə təmin olunmasına müvəffəq olan “Azərsun Holdinq” 2013-cü ildə Kürdəmir Süd Emalı Zavodunu istismara verdi.

Fəaliyyətində ətraf mühitin mühafizəsini prioritet hesab edən “Azərsun Holdinq” 2014-cü ildə Sumqayıt şəhəri yaxınlığında yerləşən “Azərsun Sənaye Parkı”nın inşasını yekunlaşdırdı. Bu kompleksdə Sumqayıt Yağ Fabriki və Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı nəzdində Kağızın Təkrar Emalı müəssisəsi də fəaliyyətə başladı.

İstehsal fəlsəfəsi “tarladan süfrəyə” olan “Azərsun” məhsullarının qablaşdırmalarının hazırlanması Şirkətlər Qrupunun Xırdalan Karton Fabriki və Metal Qablaşdırma müəssisələri tərəfindən həyata keçirilir. İldən-ilə fəaliyyət sahələrini artıraraq qida istehsalı, kənd təsərrüfatı, qablaşdırma və kağız sahələrinə aid 30-dan artıq müəssisəni istifadəyə verən “Azərsun Holdinq”, bu gün qida sənayesi sektorunda ölkənin aparıcı şirkətlərini birləşdirən böyük bir Holdinqə çevrilib. Şirkətlər Qrupunun müəssisələri tərəfindən istehsal olunan məhsullar Azərbaycanın qida və ərzaq təhlükəsizliyini tam təmin etməklə yanaşı, dünya bazarlarında da satışa çıxarılır ki, bu da ölkəmizin ixrac potensialına mühüm töhfə vermiş olur.