“Azərsun Holdinq” əməkdaşlarının təlim və tədrisinə hər zaman önəm verir. Biz bütün əməkdaşlarımızın karyera qurmasına dəstək oluruq, həm şirkət daxili , həm də şirkət xarici tədrislər ilə peşə və texniki tədris mövzularında qabaqcıl bir şirkət kimi tanınırıq. Holdinqin daxilində yaradılmış Azərsun Akademiyası təlim-tədris işlərinin həyata keçirilməsində müstəsna rol oynayır. Şirkətimizdə həmçinin 100-dən çox müxtəlif sahəni özündə əks etdirən tədris proqramı tərtib edilməkdədir. Hər il minlərlə əməkdaşımız tədrislərdə iştirak edir.