İçki Məhsulları Kateqoriyası üzrə Marketinq Müdiri
Vakansiya: İçki Məhsulları Kateqoriyası üzrə Marketinq Müdiri
Tələblər:
· Müvafiq sahə üzrə ali təhsili olmalı;
· FMCG sahəsi üzrə 5 ildən artıq il iş təcrübəsi olmalı;
· Analitik təhlil,strateji düşünmə, və ünsiyyət bacarıqları
· MS office proqram paketini yaxşı səviyyədə bilməli;
· Fərqli funksiyaları idarə etmək və çoxsaylı maraqlı tərəflərlə işləmə qabiliyyəti
· Dəqiqlik,nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı
Vəzifə Öhdəlikləri
· Marketinq komandasına rəhbərlik etmək və şirkətə bacarıqların, idarəetmə təcrübəsinin və təşəbbüslərin sağlam birləşməsini gətirmək.
· Marketinq strategiyasını müəyyənləşdirmək və dəstəkləmək, aylıq, rüblük marketinq planın tərtib etmək.
· Əməkdaşlıq təkliflərinin hazırlanması və partnyor şirkətlərlə əlaqələr qurmaq.
· Maliyyə resurslarını idarə etmək, cari marketinq üsullarının müəyyən edilməsi və dövri qazanc hədəflərinin həyata keçirmək.
· Müştərilərə təsir edə biləcək kampaniyaların və tədbirlərin planlaşdırılmasını idarə etmək.
· Məhsul idarəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul/markaların ideya mərhələsində istehlakçılara çatdırılması və hətta istehlakçılardan gələcək geri dönüşlərini dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq.
· Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək.
· Məhsulun qablaşdırması, reklam, çap materialları, təşviqlərin məhsul və marka bütünlüyünə uyğun olmasını təmin etmək.
· Məhsul və marka ilə əlaqədar şirkətin illik kommunikasiya, reklam, media, ictimaiyyətlə əlaqələr hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək.
· Bazara çıxarılacaq yeni məhsullara təqdimat planı hazırlamaq, rəhbərliyə təqdim etmək və lazımi digər fəaliyyətləri həyata keçirmək.
· İstehlakçı ehtiyac boşluqları və yeni istehlakçı istifadə alışqanlıqları müəyyənləşdirərək yeni məhsul təklifləri vermək.
· Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib bəyənilməməsini testdən keçirmək.
· Marka və məhsullarla əlaqədar alınan qərarlarda uyğun hüquqi məsələləri nizamlamaq.
· Təşviq, taktiki satış və qiymət qoyma fəaliyyətləri həyata keçirilməsinə nəzarət etmək.
· Layihə və kampaniyaların büdcə hədəfləri daxilində planlaşdırılmasını təmin etmək.
· Məhsul layihələrinin və fəaliyyətlərinin təsdiq etdirmək üçün rəhbərliyə təqdimatlar hazırlamaq .
· Satış kanallarını ziyarət edərək, məhsulların rəfdə və paylama kanalındakı təsirliliyini, təşviq fəaliyyətlərini nəzarət etmək.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İçki Məhsulları Kateqoriyası üzrə Marketinq Müdiri (“Sun Food” MMC)” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki:
Həftə içi 5 gün
İş Yeri:
Bakı şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.