Talep No:
26541
İş mükəmməliyyət üzrə mütəxəssis (OpEx)
Müəssisə:
SUN-TEA ÇAY FABRIKI MMC
Tələblər:
- Ali Təhsil : Sənaye Mühəndisliyi, Sənayenin Təşkili və İdarə Edilməsi, Proses Mühəndisliyi və ya digər texniki mühəndislik ixtisasları üzrə
- Qida və ya qeyri-qida istehsalat sahəsində minimum 3 il peşəkar iş təcrübəsi
- MES üzrə təcrübə tələb olunur
- Lean, Six Sigma, TPM və proses idarəçiliyi sahələrində nəzəri və praktiki biliklər
- Proseslərin təkmilləşdirilməsi, statistik proses nəzarəti, israfların azaldılması və KPI-ların idarə olunması sahələrində bilik və təcrübə
- MS Excel, MS PowerPoint, MS Visio və Power BI proqramlarını yüksək səviyyədə istifadə bacarığı
- İstehsalat avadanlıqları və istehsal prosesləri haqqında yetərli texniki məlumat və anlayışlar
- Türk və İngilis dillərində ünsiyyət bacarığı
- Yenilikçi yanaşma, təşəbbüskarlıq, yüksək məsuliyyət və komandada effektiv işləmək bacarığı
- Güclü təqdimat bacarıqlarına malik olmaq
- Analitik düşünmə və problem həll etmə bacarıqları
- B kateqoriyalı sürücülük vəsiqəsi
Əsas vəzifə öhdəlikləri:
- Daxili proseslərin optimallaşdırılması və davamlı inkişaf layihələrində iştirak etmək
- Məlumatların təhlili və proses performans indikatorlarının (KPI) izlənilməsi
- Lean, Six Sigma, 5S, Kaizen kimi metodologiyaların tətbiqinə dəstək vermək
- Əməkdaşlardan daxil olan Kaizen təkliflərinin qiymətləndirilməsi və tətbiqi imkanlarının araşdırılması
- Kaizen, Kobetsu Kaizen, 5S, Avtonom Baxım kimi Lean alətlərinin həyata keçirilməsi və izlənməsi
- Məlumatların toplanması, təhlili və aylıq/rüblük hesabatların hazırlanması
- Təlimlərdə və daxili təşəbbüslərdə aktiv iştirak etmək
- Tərəfimizdən veriləcək təlimlər və toplanacaq təcrübə əsasında işçilərə tədrislər vermək
- İstehsalat müəssisələrində Yalın İstehsal metodlarının tətbiqi ilə istehsalat proseslərinin təkmilləşdirilməsini və itkilərin azaldılmasını təmin etmək
- İstehsalat müəssisələrindən əldə edilən hesabatlara əsasən data analizi aparmaq və nəticələri təhlil etmək
- İstehsal və OPEX komandaları ilə əməkdaşlıq edərək mədəni transformasiyaya dəstək vermək
- MES, IoT, Data Analytics kimi yeni texnologiya və rəqəmsal həllərin tətbiqində iştirak etmək
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İş mükəmməliyyət üzrə mütəxəssis (OpEx)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
İş Qrafiki:
- 5 günlük iş qrafiki
- Nahar və servis şirkət tərəfindən qarşılanır
İş Yeri: Bakı
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.