İş təkmilləşdirilmə üzrə baş mütəxəssis

Müəssisə:  SUN FOOD MMC

İş təkmilləşdirilmə üzrə baş mütəxəssis (HoReCa)

 

Tələblər:

 

  • Satış, Marketing və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Qida və ya Qeyri qida satış  və idarəçilik sahəsində ən az 3 il tərcübəsi olmalıdır.
  • Xarici dil bilikləri: İngilis və rus dilləri üstünlükdür
  • Mükəmməl ünsiyyət, səlis danışma, izah etmə bacarıqları
  • Yaradıcı yanaşma və nəticəyönümlü iş üslubu
  • Məsuliyyətli, analitik düşünmə bacarığı 
  • Yaradıcı, kreativlik, komanda ilə işləmək, təqdimatlar hazırlamaq və suna bilmək bacarığı;
  • B kateqoriyalı avtomobil idarə etməyi bacarmalı. 

 

İş haqqında məlumat:  

 

  • Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
  • Yeni və ya mövcud məhsulların müştərilərə tanıdılması və inkişafı.
  • Müştəri irad və təkliflərini təqib etmək və sonlandırmaq. 
  • Bazardakı məhsul ehtiyyaclarını müəyyən etmək və təkliflər vermək. 
  • Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi. 
  • Özündən tələb edilən araşdırma və inkişaf məsələlərində çalışmalar edərək rəy bildirmək.
  • Marketinq və Shopper marketinqlə birlikdə koordinasiyalı şəkildə çalışmaq (müştərilərə edilən reklam, dəstək, məhsul tanıdımı və araşdırma məsələləri ilə bağlı) 
  • Müştəri üzrə məhsul penetrasiyalarını aylıq kontrol edərək lazım olduqda raport vermək. 
  • Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi.  
  • Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
  • Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi. 
  • Müqayisəli satış və pazar payı hesabatlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının kontrolu
  • Cavabdeh olduğu kateqoriyalar üzrə rəqabəti yaxından izləmək, rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatları dəyərləndirmək və aidiyyatı şöbələr ilə görüşərək tədbirlər görmək.  
  • Məhsul şikayətlərinin şikayət mərkəzinə və alınan cavabın müvafiq müştəriyə çatdırılmasını təmin etmək.
  • Yeni tanıdılan məhsulların satışlarını izləmək və satışı zəif olan məhsullara dəstək olaraq satışını yüksəltmək.
  • Şirkətin müəyyən etdiyi məhsullarla bağlı bazar araşdırmalarını hazırlamaq və təqib etmək. Rəylərin alınmasını təmin etmək. 

 

İş vaxtının norması:

 

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü. 

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.  Email-in mövzu hissəsində “İş təkmilləşdirilmə üzrə baş mütəxəssis (HoReCa)” qeyd etməyiniz xahiş olunur.  

 

Azərsun Holdinq MMC

 

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.