Talep No:  27484

İnsan resursları üzrə kiçik mütəxəssis

Müəssisə:  AZ ŞƏKƏR İST. BİRLİYİ MMC

 Tələblər:

  • Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);

  • İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;

  • Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər;

  • Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;

  • Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı;

  • Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı;

  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.

 

📝 Vəzifə Öhdəlikləri:

  • Bölmənin kadr büdcəsini hazırlamaq, onu aktuallaşdırmaq və prosedurların yerinə yetirilməsini təmin etmək;

  • Bölmənin İnsan Resursları üzrə nümayəndəsi kimi işə qəbul proseslərini həyata keçirmək;

  • Qaydalara uyğun olaraq daxil olan və çıxan bütün yazışma və sənədləri icra etmək;

  • İşçilərin şəxsi işlərini formalaşdırmaq və düzgün şəkildə aparmaq;

  • Məzuniyyət qrafiklərini tərtib etmək, məzuniyyətlərin uçotunu aparmaq və onların qrafikə uyğun istifadəsinə nəzarət etmək;

  • Kadrlar üzrə hesabatları hazırlamaq və müvafiq orqanlara təqdim etmək;

  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün zəruri materialları hazırlamaq;

  • Davamiyyətin izlənməsi və işə gəlməmə hallarına qarşı intizam tədbirlərinin tətbiqi;

  • Şirkət daxili proqramların (ERP və ya HR sistemlərinin) kadr modulları üzrə işlərin təşkili və tənzimi;

  • Kadr sənədləşməsinin düzgünlüyünə nəzarət və elektron hökumət portalı üzərindən Asan İmza ilə əməliyyatların həyata keçirilməsi;

  • Yeni işçilərin axtarışı və vakansiyaların yerləşdirilməsi;

  • CV-lərin təhlili, ilkin seçim və namizədlərin qiymətləndirilməsi;

  • İşə qəbul prosesinin təşkili və sənədləşdirilməsi;

  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar-gigiyena qaydalarını öyrənmək, mənimsəmək və tətbiq etmək;

  • Əmək funksiyasını özünün və digər işçilərin təhlükəsizliyinə xələl gətirmədən icra etmək;

  • Verilmiş xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etmək;

  • Əməyin mühafizəsi qaydalarının pozulması və baş vermiş hadisələr barədə rəhbərliyə dərhal məlumat vermək;

  • Kadrlar sistemi çərçivəsində zəruri sənəd və məlumatları bölmə əməkdaşlarından tələb etmək səlahiyyətinə malik olmaq.

 

🕘 İş vaxtı:

  • 5 günlük iş rejimi

  • İstirahət günləri: Şənbə və Bazar

 

💼 Əmək haqqı və üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə

  • Nahar xidməti şirkət tərəfindən təmin olunur

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə və sosial təminatlar

 

📍 İş yeri:

Azərbaycan Şəkər İstehsalat Birliyi MMC

İmişli rayonu

 

📨 Müraciət:

Tələblərə cavab verdiyiniz halda, CV-nizi cv@azersun.com elektron poçt ünvanına göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “İnsan resursları üzrə kiçik mütəxəssis (İmişli) – 27484” qeyd etməyiniz xahiş olunur.