İnspektor
Müəssisə:
QIDA -AGRO MMC
Vakansiya: Keyfiyyətə nəzarət üzrə inspektor
Tələblər:
- Kimya, Biokimya, Fizika, Qida mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).
- Microsoft Office (Excel, Word) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Laboratoriyaya daxil olan nümunələr üzrə analizləri iş təlimatlarına uyğun olaraq yerinə yetirmək və nəticələri müvafiq formalar və ya kompüter proqramları vasitəsilə qeydə almaq.
- Yerli və beynəlxalq standartlara uyğun analizlər aparmaq və alınan nəticələri müvafiq şəxslərə bildirmək.
- Laboratoriyada istifadə edilən məhlulları və qarışıqları hazırlamaq, avadanlığı və cihazları işə hazır vəziyyətdə saxlamaq.
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edərək təhlükəsiz iş mühiti yaratmaq.
- Təlimlərdə iştirak edərək yeni bilik və bacarıqları əldə etmək, vəzifə üzrə peşəkar inkişafı təmin etmək.
- Qrup daxilində bütün bölümlərlə sıx əməkdaşlıq edərək effektiv iş mühiti yaratmaq.
- Keyfiyyətə nəzarət və laboratoriya nəticələrindəki uyğunsuzluqları müəyyən etdikdə müvafiq şəxslərə dərhal məlumat vermək və uyğunsuzluqları yazılı şəkildə qeyd etmək.
- Analizləri və kalibrləmə yoxlamalarını vaxtında və düzgün yerinə yetirmək və nəticələrə əsasən qərar qəbul etmək.
- Avadanlıq və ölçü vasitələrini düzgün istifadə etmək və saxlanmasını təmin etmək.
- İstehsalat prosesindəki uyğunsuzluqları müəyyən etdikdə, əlaqədar rəhbərlərə məlumat verərək tədbirləri izləmək.
- Məhsulun bütün istehsal ardıcıllığını izləmək və yaranan problemlər barədə Baş Inspektora məlumat vermək.
- Texnoloji parametrlərdəki uyğunsuzluqlar barədə müvafiq şəxsləri məlumatlandırmaq və düzəlişlər üçün təkliflər hazırlamaq.
- Hazır məhsulda rast gəlinən uyğunsuzluqlar barədə müvafiq şəxsləri məlumatlandırmaq və problemlərin aradan qaldırılmasını təmin etmək.
- Məhsul və palet üzərində izlənəbilirliyi təmin etmək üçün lazım olan məlumatların düzgün və tam olmasına diqqət yetirmək.
- Texniki təchizat və avadanlıqların nasazlıqları barədə məlumat vermək və onların aradan qaldırılması üçün tədbirləri izləmək.
- İstehsal və anbar sahələrində təmizlik və gigiyena şərtlərinin qorunmasına nəzarət etmək, uyğunsuzluqları müvafiq şəxslərə bildirmək.
- Məhsulun düzgün və təhlükəsiz yüklənməsi və nəqliyyat vasitələrinə yüklənmədən əvvəl yoxlanması.
- Hər növbə sonunda lazımi hesabatları düzgün şəkildə doldurmaq, baş inspektora gündəlik fəaliyyətlər barədə məlumat vermək.
- Xammaddə, köməkçi maddələr və son məhsulun saxlama şərtlərinə riayət etməyə nəzarət etmək, uyğunsuzluqların dərhal aradan qaldırılmasını təmin etmək.
- Əmək mühafizəsi, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına tam əməl etmək və işçilərin təhlükəsizliyini təmin etmək.
- Gündəlik fəaliyyətlər üzrə hesabatlar təqdim etmək və bütün sənədləşməni düzgün şəkildə arxivləşdirmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi
- İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə
- Nahar xidməti şirkət tərəfindən təmin edilir
İş yeri:
- İmişli şəhəri
- Qida Agro MMC
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Keyfiyyətə nəzarət üzrə inspektor (İmişli)" qeyd etməyiniz xahiş olunur.