Avtomatika üzrə kiçik mütəxəssis

Müəssisə:  QIDA -AGRO MMC

Tələblər:

  • Təhsil: Ali (Avtomatika sahəsi üzrə)
  • Microsoft Office (MS Excel,Word Power Point )- Yaxşı;
  • Məntiqi və analitik düşünmə tərzi olmalı;
  • Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlü olmaq;
  • Komandada işləmə bacarığı;
  • PLC,DCS,SCADA sistemləri haqqında biliklər.

 

Vəzifə öhdəlikləri:

      • Bütün bölmələrlə iş əlaqəsi saxlamaq.
      • Təhlükəsiz iş şəraiti yaratmaq və buna əmin olduqdan sonra işə başlamaq.
      • Növbəyə başlamazdan əvvəl avtomatika cihaz və avadanlıqlarının vəziyyəti ilə tanış olmaq.
      • Verilmiş iş və tapşırıqları vaxtında, keyfiyyətli və təhlükəsiz şəkildə yerinə yetirmək.
      • Əmanət olunmuş avadanlıq, ehtiyat hissələri və alətlərdən düzgün və səmərəli istifadə etmək.
      • İş zamanı fərdi mühafizə vasitələrindən istifadə etmək və təhlükəsizlik qaydalarına əməl etmək.
      • Görülmüş işlər barədə rəhbərliyə vaxtında məlumat vermək.
      • İntizam qaydalarına və şirkətin prosedur qaydalarına əməl etmək.
      • Tez-tez təkrarlanan problemlərin araşdırılmasında iştirak etmək.
      • Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını öyrənmək, mənimsəmək və onlara əməl etmək.
      • Əmək funksiyasını icra edərkən özünü və digər işçiləri təhlükəyə məruz qoymamaq, şəxsi icazə olmadan təhlükəli sahələrdə işləməmək.
      • Xüsusi geyim və ayaqqabıda işləmək, fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə etmək.
      • Əməyin mühafizəsi qaydalarının pozuntuları, qəzalar və bədbəxt hadisələr barədə dərhal rəhbərliyə məlumat vermək.
      • İş prosesi və məhsul istehsalı zamanı baş verə biləcək qida təhlükəsizliyi risklərini nəzərə almaq və onların qarşısını almaq. 

İş vaxtı:

  • Növbəli iş rejimi;

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri:

  • İmişli rayonu
  • Qida-Agro MMC

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində Avtomatika üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.