Baş Aşpaz
Tələblər:
-
Ali təhsil (qida texnologiyası, xidmət sahəsi üstünlükdür).
-
Aşpazlıq və ya qida xidməti sahəsində ən azı 2 il iş təcrübəsi.
-
Sanitar-gigiyena və əməyin mühafizəsi qaydaları barədə dərin bilik.
-
Qida təhlükəsizliyi standartları və normalarını bilmə və tətbiq etmə bacarığı.
-
Təşkilatçılıq və idarəetmə bacarığı, komanda ilə işləmək qabiliyyəti.
-
Yüksək məsuliyyət və diqqətlilik.
Vəzifə öhdəlikləri:
-
Rəhbərin verdiyi təlimatları vaxtında və düzgün şəkildə yerinə yetirmək.
-
Hazırlanmış yeməyi təqdimatdan əvvəl yoxlamaq və mövcud nöqsanları aradan qaldırmaq.
-
Həftəlik yemək menyusunun hazırlanmasında yeməkxana nəzarətçisi ilə birlikdə iştirak etmək, şöbə və işçi sayını nəzərə almaq.
-
Növbəti gün üçün tələb olunan ərzaqların miqdar, çəki və keyfiyyət üzrə qeydiyyatını aparmaq, uyğun olmayan məhsullar olduqda akt tərtib edilməsində iştirak etmək.
-
Yeməklərin ön hazırlıq mərhələlərinə (təmizləmə, doğrama, marinadlama və s.) nəzarət etmək.
-
Ehtiyac olan ərzaqların alınmasına və yeməkxanaya çatdırılmasına nəzarət etmək.
-
Yeməklərin bişirilməsinə dair dəqiq göstərişlər vermək.
-
Aşpaz və aşpaz köməkçisinin fəaliyyətinə nəzarət etmək.
-
Yeməkxana nəzarətçisi olmadığı hallarda yeməkxananın təmizliyinə nəzarət etmək.
-
Zəruri hallarda digər aşpazlara və komanda üzvlərinə yemək bişirilməsində yardım etmək.
-
Yeməkxanada həşərat və gəmiriciləri müşahidə etdikdə dərhal rəhbərliyə məlumat vermək.
-
İstifadəsində olan avadanlıqlardan düzgün istifadə etmək və onların təmiz saxlanmasına nəzarət etmək.
-
Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək və onlara tam əməl etmək.
-
İş zamanı özünün və digər əməkdaşların təhlükəsizliyini təmin etmək.
-
Qida təhlükəsizliyi ilə bağlı istehsal zamanı yarana biləcək risklərə görə məsuliyyət daşımaq.
İş vaxtı:
- Həftə içi 5 gün (09:00-18:00)
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- İmişli rayonu
- Azərbaycan Şəkər İstehsalat Birliyi MMC
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş Aşpaz (İmişli) - 27262” qeyd etməyiniz xahiş olunur.