Keyfiyyətə Nəzarət Şöbəsinin İnspektoru (İmişli)
“Azersun Holding” haqqında
Azersun Holding 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.
Tələblər:
-
Aidiyyəti sahə üzrə ali təhsil (Kimya, Qida mühəndisliyi və ya digər uyğun ixtisaslar üzrə bakalavr və ya magistr dərəcəsi);
-
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
-
Kimya sahəsi üzrə əsas biliklər;
-
Analitik düşünmə və problem həll etmə bacarığı;
-
Diqqətlilik və məsuliyyətlilik;
-
Rus və ingilis dili bilikləri (üstünlükdür);
-
MS Office proqramlarında işləmə bacarığı (üstünlükdür).
Vəzifə öhdəlikləri:
-
Laboratoriyaya daxil olan nümunələr üzərində iş təlimatlarına uyğun analizlər aparmaq;
-
Yerli və beynəlxalq standartlara uyğun laborator analizlərini icra etmək;
-
Analiz nəticələrini müvafiq formalar və ya proqramlar üzərindən qeyd etmək və lazım gəldikdə aidiyyəti şəxslərə təqdim etmək;
-
Laboratoriyada istifadə olunan məhlul və qarışıqları düzgün şəkildə hazırlamaq;
-
İş zamanı fərdi mühafizə vasitələrindən istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etmək;
-
Laboratoriya avadanlıqlarını, cihazları və iş mühitini təmiz və işlək vəziyyətdə saxlamaq.
İş şərtləri:
- İş ünvanı: İmişli şəhəri
- İş qrafiki: Növbəli
- Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə Nəzarət Şöbəsinin İnspektoru - 30988” qeyd etməyiniz xahiş olunur.