Keyfiyyətə nəzarət üzrə İnspektor
Tələblər:
-
Ali təhsil: (Sənaye mühəndisliyi, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Maşınqayırma mühəndisliyi üzrə)
-
Keyfiyyətə nəzarət, proses nəzarəti və istehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi (arzuolunandır)
-
ISO 9001 və digər müvafiq standartlar üzrə biliklər
-
MS Office proqramlarında işləmək bacarığı
-
Diqqətli, məsuliyyətli və analitik düşünmə bacarığı
-
Komandada işləmək və texniki sənədlərlə işləmək qabiliyyəti
Əsas vəzifə öhdəlikləri:
-
İstehsal proseslərinin hər mərhələsində texnoloji ardıcıllığı və məhsulun keyfiyyətini izləmək, baş verən uyğunsuzluqları yazılı şəkildə Baş inspektora bildirmək
-
İstehsal xətlərində, avadanlıqlarda və texnoloji parametrlərdə nasazlıq və limitdən kənara çıxma hallarında dərhal əlaqədar şəxslərə məlumat vermək və tədbirləri sənədləşdirmək
-
Proses Kontrol təlimatlarına və referans sənədlərə uyğun olaraq aparılan texniki işləri vaxtında sənədləşdirmək və imzalamaq
-
Proses və Keyfiyyətə Nəzarət formlarını düzgün, tam və səliqəli şəkildə doldurmaq, uyğunsuzluqlar zamanı Düzəldici Fəaliyyət İstək Formları hazırlamaq
-
Hazır məhsulda rast gəlinən keyfiyyət problemləri barədə İstehsal Müdirinə və Baş inspektora yazılı məlumat təqdim etmək və düzəldici tədbirləri izləmək
-
Məhsul və palet üzərində izlənəbilirlik üçün məlumatların tamlığını yoxlamaq, uyğunsuzluq hallarında tədbir görmək və sənədləşdirmək
-
Texniki avadanlıqlarda baş verən nasazlıqları operativ şəkildə bildirmək, həll prosesini izləmək və hesabat vermək
-
Ambalajlama prosesinə nəzarət etmək, uyğunsuz halları formalaşdırılmış şəkildə sənədləşdirmək və sorumlu şəxslərə təqdim etmək
-
Ambalaj və qatqı materiallarının giriş nəzarətini həyata keçirmək, uyğun olmayan hallarda İstehsalat Müdirinə və Baş inspektora məlumat vermək
-
Gigiyena və təmizlik qaydalarına əməl olunmasına nəzarət etmək, uyğunsuzluqlar zamanı məsul şəxsləri məlumatlandırmaq və tədbirləri izləmək
-
Hazır məhsulun nəqliyyat vasitəsinə yüklənməsinə nəzarət etmək, uyğunsuzluq olduqda sənədləşdirib məlumat vermək
-
Gecə növbələrində anbarların açılışında iştirak etmək və plomb məlumatlarını növbəlik raporlamaya daxil etmək
-
Texniki sahələrdəki fəaliyyətlərə dair gündəlik hesabatları hazırlamaq və arxivləşdirmək
-
Hazır məhsulların anbarlardakı saxlanma şərtlərinə nəzarət etmək
-
Inventar sayımları və imha proseslərində iştirak etmək
-
Xammal, köməkçi maddə və son məhsulun düzgün yığılması və saxlanmasına nəzarət etmək
-
Keyfiyyət və proses nəzarət nöqtələrinin, metod və sənədlərinin hazırlanmasında iştirak etmək
-
Keyfiyyətə nəzarət müayinələrini analiz axış sxemlərinə və qəbul edilmiş metodlara əsasən aparmaq
-
Qəza və təhlükəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək
-
İş prosesi və məhsul istehsalı zamanı qida təhlükəsizliyi risklərinə qarşı tədbirlər görmək və məsuliyyət daşımaq
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə İnspektor (İmişli)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
İş Qrafiki:
- Növbəli iş qrafiki
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: İmişli
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.