Keyfiyyətə nəzarət üzrə İnspektor
Tələblər:
-
Ali təhsil: (Kimya mühəndisliyi, Qida mühəndisliyi, Kimya-Texnalogiya üzrə)
-
Keyfiyyətə nəzarət, proses nəzarəti və istehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi (arzuolunandır)
-
ISO 9001 və digər müvafiq standartlar üzrə biliklər
-
MS Office proqramlarında işləmək bacarığı
-
Diqqətli, məsuliyyətli və analitik düşünmə bacarığı
-
Komandada işləmək və texniki sənədlərlə işləmək qabiliyyəti
Əsas vəzifə öhdəlikləri:
-
Laboratoriyaya daxil olan nümunələrdə iş təlimatlarına uyğun olaraq analizləri yerinə yetirmək
-
Yerli və beynəlxalq standartlara uyğun analizlər yerinə yetirmək
-
Alınan nəticələri laboratoriyanın xüsusi formalarına və ya kompyuter proqramlarına qeyd etmək, lazım gəldikdə müvafiq şəxslərə bildirmək
-
Laboratoriyada istifadə edilən məhlulları və qarışıqları hazırlamaq
-
İş yerini, istifadə etdiyi avadanlığı, cihazları, qabları təmiz və işə hazır vəziyyətdə saxlamaq
-
Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək
-
İstehsalat prosesində apardığı keyfiyyətlə bağlı yoxlamalar və laboratoriyada aparılan analiz nəticələrində hər hansı bir uyğunsuzluq olduğu zaman müvafiq şəxslərə məlumat vermək və raportlarda uyğunsuzluğu qeyd etmək
-
Analizləri və kalibrasiya-yoxlama işlərini vaxtında və düzgün görməkdən və alacağı qərarlardan məsul olmaq
-
Üzərinə təhkim olunmuş avadanlıq və ölçü vasitələrini düzgün istifadə etməkdən və saxlamaqdan məsul olmaq
-
Gizli tutulması vacib olan məlumatların qorunmasından və aidiyyəti olmayan yerlərə bildirilməməsindən məsul olmaq
-
Əməyin mühafizəsi və təhlükəsizliyi, sanitar-gigiyenası və yanğından mühafizə tələblərini öyrənmək mənimsəmək və onlara əməl etmək
-
Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək
-
Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək
İş Qrafiki:
- Növbəli iş qrafiki
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: İmişli
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə İnspektor (İmişli)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.