Kiçik mütəxəssis

Müəssisə:  AZ ŞƏKƏR İST. BİRLİYİ MMC

Vakansiya: İnsan resursları üzrə kiçik mütəxəssis 

Tələblər:

•    İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;

•    Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.

•    MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;

•    AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;

•    Miqrasiya məcəlləsini bilməli;

 

İş haqqında məlumat:

•    İşçilərin şəxsi işlərininin formalaşdırılması

•    Əmək qanunvericliyinin tələblərinə əməl olunmaqla işçilərin işə qəbulu, işdən azad edilməsi

•    Vəzifə dəyişikliyinin həyata keçirilməsi, məzuniyyətlərin verilməsi

•    İşə alınan işçilər üçün əmək kitabçası açılmasının təmin olunması.

•    Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını üzrə lazımi sənədlərin tərtib edilməsi

•    Dövlət orqanları ilə rəsmi əməliyyatların yerinə yetirilməsi və hesabatların hazırlanması.

 

İş Qrafiki:

•    Həftə içi 5 gün, 09:00-18:00

 

İş Yeri:

•    İmişli şəhəri

•    Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

 

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçt ünvanına email-in mövzu hissəsində “İnsan resursları üzrə kiçik mütəxəssis ” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

 

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.