Talep No:
27763
Laborant İmişli
Müəssisə:
Laborant
Müəssisə: Promalt MMC
Tələblər:
- Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil.
- MS Office proqramları bilikləri.
- ISO 9001, ISO 22000 standartları üzrə sertifikat arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Laboratoriyaya daxil olan nümunələrdə iş təlimatlarına uyğun olaraq analizləri yerinə yetirmək.
- Yerli və beynəlxalq standartlara uyğun analizlər yerinə yetirmək.
- Alınan nəticələri laboratoriyanın xüsusi formalarına və / və ya kompyuter proqramlarına qeyd etmək, lazım gəldikdə müvafiq şəxslərə bildirmək.
- İş yerini, istifadə etdiyi avadanlığı, cihazları, qabları təmiz və işə hazır vəziyyətdə saxlamaq.
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək.
- İstehsalat prosesində apardığı keyfiyyətlə bağlı yoxlamalar və laboratoriyada aparılan analiz nəticələrində hər hansı bir uyğunsuzluq olduğu zaman müvafiq şəxslərə məlumat vermək.
- Laboratoriyya sahəsində olan cihaz və avadanlıqlardan düzgün istifadə etməkdən və saxlamaqdan məsuldur.
- Gizli tutulması vacib olan məlumatların qorunmasından və aidiyyəti olmayan yerlərə bildirilməməsindən məsuldur.
İş vaxtının norması:
- 5 günlük iş rejimi.
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: İmişli rayonu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Laborant İmişli” qeyd etməyiniz xahiş olunur.