Laborant
-
Tələblər:
-Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil;
-MS Office proqramları bilikləri;
-ISO 9001, ISO 22000 standartları üzrə sertifikat arzuolunandır - Vəzifə öhdəlikləri:
- Laboratoriyaya daxil olan nümunələrdə iş təlimatlarına uyğun olaraq analizləri yerinə yetirmək.
- Yerli və beynəlxalq standartlara uyğun analizlər yerinə yetirmək.
- Alınan nəticələri laboratoriyanın xüsusi formalarına və / və ya kompyuter proqramlarına qeyd etmək, lazım gəldikdə müvafiq şəxslərə bildirmək.
- İş yerini, istifadə etdiyi avadanlığı, cihazları, qabları təmiz və işə hazır vəziyyətdə saxlamaq.
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək.
- İstehsalat prosesində apardığı keyfiyyətlə bağlı yoxlamalar və laboratoriyada aparılan analiz nəticələrində hər hansı bir uyğunsuzluq olduğu zaman müvafiq şəxslərə məlumat vermək
- Laboratoriyya sahəsində olan cihaz və avadanlıqlardan düzgün istifadə etməkdən və saxlamaqdan məsuldur.
- Gizli tutulması vacib olan məlumatların qorunmasından və aidiyyəti olmayan yerlərə bildirilməməsindən məsuldur.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Lobarant (İmişli)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
İş Qrafiki:
- Həftəiçi 5 gün (09:00-18:00)
-Qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
İş Yeri: İmişli
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.