Laborant

Müəssisə:  AZ ŞƏKƏR İST. BİRLİYİ MMC

Tələblər:

- Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil;
- MS Office proqramları bilikləri;
- ISO 9001, ISO 22000 standartları üzrə sertifikat (arzuolunandır) - Proses və laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Rus dili və ingilis dili biliyi üstünlükdür

 

İş haqqında məlumat: 

-Laboratoriyaya daxil olan nümunələrdə iş təlimatlarına uyğun olaraq analizləri yerinə yetirmək;

-Yerli və beynəlxalq standartlara uyğun analizləri həyata keçirmək;

-Alınan nəticələri laboratoriyanın xüsusi formalarına və ya kompyuter proqramlarına qeyd etmək, lazım gəldikdə müvafiq şəxslərə məlumat vermək;

-İş yerini, istifadə olunan avadanlıqları, cihazları və qabları təmiz və işlək vəziyyətdə saxlamaq;

-Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək;

-İstehsalat prosesində keyfiyyətlə bağlı yoxlamalar aparmaq və laboratoriyada əldə olunan analiz nəticələrində hər hansı uyğunsuzluq aşkar edildiyi halda müvafiq şəxslərə məlumat vermək;

-Laboratoriya sahəsində istifadə olunan cihaz və avadanlıqlardan düzgün istifadə etmək və onların saxlanmasına cavabdeh olmaq;

-Gizli saxlanması vacib olan məlumatların qorunmasını təmin etmək və aidiyyəti olmayan şəxslərə ötürməmək;

-Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə uyğun digər işləri yerinə yetirmək;

-Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını öyrənmək, mənimsəmək və onlara əməl etmək;

-Əmək funksiyasını özünü və digər işçiləri təhlükəyə məruz qoymayacaq şəkildə icra etmək;

-Şəxsi buraxılış olmadan həyat üçün təhlükəli mənbələrdə işləməmək;

-Verilmiş xüsusi geyim və ayaqqabıdan istifadə etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;

-Əməyin mühafizəsi qaydalarının pozuntuları, qəza və bədbəxt hadisələr barədə işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarə üzrə İnspektor (İmişli)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.

 

İş Qrafiki:

- Növbəli iş qrafiki 
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

 

İş Yeri: İmişli

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.