Talep No:  27543

Mühasib

Müəssisə:  AZ ŞƏKƏR İST. BİRLİYİ MMC

Tələblər:

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr və ya magistr dərəcəsi; 

  • Mühasibat və vergi uçotu sahəsində 3-5 il iş təcrübəsi;

  • Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim olunması bacarığı;

  • MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı;

  • 1C və ya analoji mühasibat proqramlarında işləmə bacarığı;

  • Dəqiqlik, məsuliyyət, vaxtında icraetmə və komandada işləmə bacarığı;


Əsas vəzifə öhdəlikləri:

  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında icra etmək;

  • Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların aparılması, vergi sahəsi üzrə bütün hesabatların vaxtında göndərilməsi;

  • Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab-fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması;

  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə müvafiq orqanlara göndərilməsi;

  • Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət və s.) hazırlanması və təqdim edilməsi;

  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi, bəyannamələrin göndərilməsi və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək;

  • Bank və kassa üzrə daxil olan və məxaric olunan pul vəsaitlərinin sənədləşdirilməsi və uçotunun aparılması;

  • Debitor və kreditor hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtibinin təşkili və nəzarət edilməsi;

  • Aylıq debitor-kreditor hesabatların tərtibinin təşkili;

  • Müştərilərlə üzləşmə aktlarını və hesabatları hazırlamaq;

  • İnternet banking əməliyyatlarının (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası və s.) həyata keçirilməsi;

  • ƏDV depozit əməliyyatlarının aparılması;

  • Əməyin mühafizəsi və təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;

  • Əmək funksiyasını özünü və digər işçiləri təhlükəyə məruz qoymadan icra etmək, şəxsi buraxılış olmadan həyat üçün təhlükəli mənbələrdə iş görməmək;

  • Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları, baş vermiş qəzalar və bədbəxt hadisələr barədə dərhal işəgötürənin nümayəndələrinə məlumat vermək;

  • Qida təhlükəsizliyi ilə bağlı, iş prosesi və məhsul istehsalı zamanı yarana biləcək təhlükələrə görə məsuliyyət daşımaq.


Müraciət qaydası:

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçt ünvanına göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasib (İmişli) – 27543” qeyd etməyiniz xahiş olunur.


İş qrafiki və ünvan:

  • İş yeri: İmişli rayonu

  • İş qrafiki: 5 günlük iş qrafiki

  • Nahar şirkət tərəfindən təmin edilir


Azərsun Holdinq MMC — 1991-ci ildən fəaliyyət göstərən, qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış Azərbaycanın aparıcı şirkətlərindən biridir.