Mikrobioloq
Vakansiya: Mikrobioloq
Tələblər:
• Mikrobiologiya, Biologiya və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi
• Mikrobiologiya laboratoriyasında ən azı 1 il iş təcrübəsi
• Mikrobioloji analizlərin aparılması və nəticələrin qiymətləndirilməsi bacarığı
• Təhlükəsizlik və Əməyin Mühafizəsi Qaydaları haqqında biliklər
• İş təhlükəsizliyi - İşçi sağlamlığı, Sanitariya və Ekologiyanın Mühafizəsi tədbirlərini haqqında biliklər
İş haqqında məlumat:
-
Analizləri yerli və beynəlxalq standartlara uyğun aparmaq, nəticələri qeyd edib aid şəxslərə vaxtında çatdırmaq.
-
Fabrika və istehsalat sahələrindən nümunələr götürüb su və mikrobioloji analizlər aparmaq.
-
İşçilərin sanitar vəziyyətini yoxlamaq, uyğun olmayan hallarda aid şəxsləri məlumatlandırmaq.
-
İstehsalat, anbar və laboratoriyada havanın mikrobioloji keyfiyyətini nəzarətdə saxlamaq.
-
Mikroorqanizm riski daşıyan xammal və məhsulların analizini aparmaq, uyğun olmayanları qəbul etməmək.
-
İş yeri və avadanlıqları təmiz və işə hazır saxlamaq.
-
Şirkət daxili içməli suyun mikrobioloji keyfiyyətinə nəzarət etmək.
-
Qida təhlükəsizliyi ilə bağlı digər şöbələr və laboratoriyalarla koordinasiyada işləmək.
-
Mikrobioloji kritik sahə cavabdehlərinə təlimat vermək və işlərini yoxlamaq.
-
Keyfiyyət siyasətinə zidd olan, təhlükə yaradan prosedurların dayandırılmasını təklif etmək.
-
Analiz və kalibrasiya işlərini vaxtında və düzgün yerinə yetirmək.
-
Əməyin təhlükəsizliyi, sanitariya, ekologiya və yanğından mühafizə qaydalarına əməl etmək.
-
Avadanlıq və ölçü vasitələrini düzgün istifadə edib saxlamaq.
-
İşə nizamlı gəlmək və şəxsi gigiyenaya riayət etmək.
-
Rəhbərliyin göstərişi ilə əlavə vəzifələri icra etmək.
-
Təhlükəsizlik qaydalarını pozan halları və qəzaları dərhal rəhbərliyə bildirmək.
-
Qida təhlükəsizliyi və istehsal prosesində ortaya çıxan risklərə görə məsuliyyət daşımaq.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: İmişli rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçt ünvanına email-in mövzu hissəsində “Mikrobioloq (İmişli)” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.