Planlama üzrə kiçik mütəxəssis
Vakansiya: Planlama üzrə kiçik mütəxəssis
- Aidiyyəti sahə üzrə bakalavr və ya magistr dərəcəsi (İstehsalat mühəndisliyi, İqtisadiyyat, İdarəetmə, Biznesin İdarə Edilməsi kimi sahələrdə təhsil arzuolunandır).
- İş təcrübəsi: İdarəetmə, logistika, anbar və ya istehsalat sahələrində müvafiq iş təcrübəsi olan namizədlər üstünlük təşkil edir.
- Yüksək analitik düşüncə qabiliyyəti və mürəkkəb problemləri effektiv şəkildə həll etmə bacarığı.
- Microsoft Office (Word, Excel, PowerPoint və digər proqramlar) ilə sərbəst işləmə bacarığı.
- Mükəmməl ünsiyyət bacarıqları və komandada işləmə qabiliyyəti.
- İngilis dili bilikləri üstünlük təşkil edir
İş Haqqında Məlumat
• 1C sistemində istehsal planının açılması və istehsalın reallaşmasının təqibi.
• Fabrik üçün lazım olan mal-materiallar üzrə nomenklatura kodlarının açılması və yoxlanılması.
• Resepturaların fabrik bölmələrindən alınaraq sistemə daxil edilməsi və izlənməsi.
• Lazımi xammal, köməkçi və qablaşdırma materialları üçün satınalma tələblərinin açılması.
• Anbar qalıqlarının və material ehtiyatlarının daimi nəzarətdə saxlanılması.
• Planlama tərəfindən açılan yeni material kodları üçün texniki xüsusiyyətlərin əldə edilməsi və satınalma proqramına daxil edilməsi.
• Xammal və istehsal materiallarının təklifi, sifarişi və yüklənməsi prosesində aidiyyəti şöbələrlə koordinasiyalı işləmək.
• Təchizatçıların qiymətləndirilməsi və nəticələrin sənədləşdirilməsi.
• Yeni məhsullar üçün kod tələblərinin açılması və bu prosesə nəzarət.
• Günlük istehsal, yükləmə, tələb və anbar qalığı ilə bağlı uyğunsuzluqlarda anbarların məlumatlandırılması və tədbir görülməsi.
• Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına ciddi əməl edilməsi.
• Qida təhlükəsizliyi üzrə istehsal prosesi zamanı potensial risklərə qarşı məsuliyyət daşımaq.
• İş zamanı fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etmək.
• Qəza və ya qayda pozuntuları hallarında dərhal rəhbərliyə məlumat vermək
- İş ünvanı: İmişli rayonu.
- İş qrafiki: 5 günlük, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçt ünvanına email-in mövzu hissəsində “Planlama üzrə kiçik mütəxəssis” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.