Talep No:
28471
Planlama üzrə mütəxəssis İmişli
Müəssisə:
Müəssisə: AŞİB AQRO
Ümumi Tələblər
- Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit və ya oxşar sahələr üzrə)
- Müvafiq sahə üzrə 1–2 il iş təcrübəsi (üstünlükdür)
- MS Office proqramlarında sərbəst işləmə bacarığı, xüsusilə Excel üzrə mükəmməl bilik.
- Böyük həcmli məlumat bazaları ilə işləmə və analitik təhlil bacarığı.
- SAP proqramında MM və SD modulları üzrə biliklər.
- Azərbaycan dili üzrə əla bilik, ingilis və rus dilləri arzuolunandır.
- Məsuliyyət, səbr, ünsiyyət bacarığı və komanda ilə işləmə qabiliyyəti.
İş Haqqında Məlumat
- Zəng mərkəzinə daxil olan zənglərin prosedura uyğun cavablandırılması və müvafiq hesabatların hazırlanması.
- Müqavilələr üzrə məlumat bazasının yaradılması, sənədlərin dosyalanması və aidiyyəti tərəflərə təhvil verilməsinin təmin edilməsi.
- Fermer, torpaq, müqavilə və aqronom məlumatlarının Aqrosun proqramına daxil edilməsi və əlaqələndirilməsi.
- YSP sistemində stok kodlarının açılması və SAP proqramına tanıdılması üçün İTSM tələblərinin yaradılması.
- SAP sistemində satış sifarişlərinin yaradılması və izlənməsi.
- Bölgələrdə fəaliyyət göstərən kombaynlar üzrə gündəlik iş hesabatlarının hazırlanması.
- Yığım işləri tamamlanan fermerlər üzrə təhvil-təslim aktlarının kombayn çalışma formaları ilə qarşılaşdırılması.
- Dövlət Statistika İdarələrinə rayonlar üzrə əkin sahələri və məhsul istehsalı ilə bağlı aylıq hesabatların təqdim edilməsi.
- Kənd Təsərrüfatı Nazirliyinə fermer müqavilələri, əkin, becərmə və yığım üzrə həftəlik hesabatların göndərilməsi.
- Rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinin müraciətlərinə əsasən fermer məlumatlarının təqdim edilməsi.
- Böyük həcmli məlumatların sistemlərdə yenilənməsi və dəqiqliyinə nəzarət edilməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi; 09:00-18:00
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: İmişli rayonu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Planlama üzrə mütəxəssis İmişli” qeyd etməyiniz xahiş olunur.